Accessibility links

Baydenin "kəskin" danışdığı səfərindən sonra İsrail Qəzzaya hava zərbələrini davam etdirib


ABŞ prezidenti Co Baydenin səfərindən sonra Britaniyanın Baş naziri Rişi Sunak dəstək mesajı ilə İsrailə səfər etdiyi vaxt İsrail cümə axşamı Qəzza zolağına yeni hava zərbələri endirib.

"Siz ağlasığmaz, dəhşətli terror aktına məruz qaldınız və bilmənizi istəyirəm ki, Birləşmiş Krallıq və mən sizinləyik" - deyə, Sunak bildirib.

Bayden çərşənbə axşamı Tel-Əvivə qısa səfərindən sonra deyib ki, oktyabrın 7-də Həmas-ın 1400-dən çox israillini qətlə yetirməsinə cavab olaraq, Qəzzada 3400-dən çox insanın həyatına səbəb olan hava zərbələrinin keçirildiyi vaxt İsrail liderləri ilə səmimi müzakirələr aparıb.

"Mən israillilərlə çox açıq danışdım" - deyə o, "Air Force One" təyyarəsində jurnalistlərə bildirib. Bayden deyib ki, "İsrailin çox sayda qurbanı olmasına baxmayaraq, ölkənin əziyyətini yüngülləşdirmək imkanı var, Qəzzada isə günahsız dinc sakinlərin gedəcək yeri belə yoxdur". O əlavə edib ki, ölkə “bunu etməlidir”.

Bayden bildirib ki, Misir ilkin olaraq BMT qrupları tərəfindən 20 yük maşını yardımın qəbul edilməsi və idarə olunması üçün Qəzza ilə Rəfah arasındakı sərhədin açılmasına razılıq verib. O xəbərdarlıq edib ki, HƏMAS yardıma mane olsa və ya müsadirə etsə, "yardım bitəcək".

Baydenin dediyinə görə, yük maşınları keçid yaxınlığında zədələnmiş yollar təmir edildikdən sonra, cümə günü keçəcək. Birinci yardım maşını rahat keçəcəyi təqdirdə, qalan yük maşınları onu təqib edəcək. Bayden həmçinin ABŞ-ın fələstinlilərə 100 milyon dollar yardım edəcəyini açıqlayıb.

İsrailin əsas ehtiyacların əraziyə çatmasını əngəlləməsi ilə Qəzzada humanitar böhran getdikcə daha da ciddiləşir.

Forum

XS
SM
MD
LG