Accessibility links

İsrail Hərbi Hava Qüvvələri Qəzza və Livanı bombalamaqda davam edib


Avropa İttifaqının xarici işlər nazirlərinin humanitar atəşkəs çağırışını müzakirə etmək üçün bir araya gəldiyi vaxt, oktyabrın 23-də İsrail ordusu Qəzza zolağına yenidən hava zərbələri endirib.

İsrail Hərbi Hava Qüvvələrinin ordunun İsrailə qarşı tank əleyhinə silah və raketlər atmağa hazırlaşdığını dediyi mövqeləri də daxil olmaqla, Hizbullahın Livandakı bir çox mövqelərinə zərbələr endirdiyini bildirib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell jurnalistlərə deyib ki, onun fikrincə Qəzzadakı insanlara dəstəyin çatması üçün münaqişədə humanitar fasiləyə ehtiyac var.

Onun şərhləri Rəfah sərhəd keçidindən ikinci yardım karvanının Qəzzaya buraxılmasından bir gün sonraya təsadüf edib.

"İlk gün 20 yük maşınının içəri girməsinə icazə verildi. Dünən daha 20-yə yaxın keçib. Amma normal, müharibəsiz vaxtlarda hər gün Qəzzaya 100 yük maşını girirdi. Beləliklə, aydındır ki, 20 kifayət deyil" - deyə, Borrell bildirib.

İsrail oktyabrın 7-də HƏMAS militantlarının 1400 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab olaraq Qəzzaya iki həftədən artıqdır havadan zərbələr endirir.

Birləşmiş Millətlər Təşkilatı təxminən 1,4 milyon insanın evlərini tərk etdiyini və Qəzzada su, qida, yanacaq və dərman çatışmazlığının ciddi problem olduğunu bildirib.

Borrell həmçinin deyib ki, gərginliyin azaldılması istiqamətində səylərə Qəzzadan HƏMAS raket hücumlarının dayandırılması və silahlı qruplaşmanın saxladığı girovların azad edilməsi daxildir.

Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi bildirib ki, Qəzzada ölənlərin sayı 5,087 nəfərə, yaralananların sayı isə 15,273 nəfərə çatıb.

Forum

XS
SM
MD
LG