Accessibility links

İsrail Rəfah şəhərinə havadan zərbələr endirib


İsrail ordusu cümə axşamı Qəzzanın cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib. İsrail həmin ərazidən raket atan militantları hədəf alındığı deyib.

İsrail Müdafiə Qüvvələri Rəfahdan atılan təxminən 5 raketi uğurla ələ keçirdiyini bildirib.

İsrail qüvvələrinin bildirdiyinə görə, cümə axşamı Livanın cənubundan İsrail ərazisinə keçən "şübhəli hava hədəflərini" ələ keçirib və iki pilotsuz təyyarə İsrailin Qaliley bölgəsinə düşüb.

Qəzzada müharibə başlayandan bəri İsraillə Livandakı "Hizbullah" silahlı qruplaşması arasında atışmalar baş verir ki, bu, bölgədə münaqişənin genişlənməsi qorxusunu artırır.

İsrailin mülki əhalini oranı tərk etməyə çağıran evakuasiya əmrindən bir gün sonra döyüşlər cümə axşamı Qəzzanın şimalında yerləşən Qəzza şəhərində də davam edib.

BMT Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik çərşənbə günü son təxliyə "yalnız çoxu dəfələrlə məcburi köçkün olmuş fələstinli ailələr üçün kütləvi iztirabları artıracaq" deyib.

"Həmin mülki vətəndaşlar qorunmalı və onların qaçmalarından və ya qalmalarından asılı olmayaraq, onların əsas ehtiyacları ödənilməlidir" - deyə, Dujarrik bildirib.

Ümumdünya Ərzaq Proqramı şərşənbə günü X-də Qəzza şəhərində "hərbi əməliyyatların intensivləşdiyini" və bunun "insanların ehtiyaclarının artması" ilə nəticələndiyini bildirib. Ümumdünya Ərzaq Proqramı vəziyyətin "gözlənilməz və dəyişkən" olduğunu deyib.

HƏMAS oktyabrın 7-də İsrailə qarşı müharibəyə səbəb olan hücumda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada həyata keçirdiyi əks-hücum nəticəsində Qəzzada 38 min 200-dən çox fələstinli həlak olub.

İsrail HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığına inandığını, o cümlədən hərbçilərin 42-nin öldüyünü bildirir.

Forum

XS
SM
MD
LG