Accessibility links

İsrailin Rəfah şəhərinə hava hücumları nəticəsində onlarla insan ölüb


Fələstinlilər İsrailin Qəzza zolağında bombardmanı nəticəsində həlak olan qohumlarına Rəfahdakı xəstəxananın morqunda yas tutur, 12 fevral 2024.
Fələstinlilər İsrailin Qəzza zolağında bombardmanı nəticəsində həlak olan qohumlarına Rəfahdakı xəstəxananın morqunda yas tutur, 12 fevral 2024.

İsrailin bazar ertəsi cənubdakı Rəfah şəhərinə etdiyi hava hücumları zamanı yerli səhiyyə rəsmilərinin bildirdiyinə görə, Qəzza zolağında 1,4 milyon mülki əhalinin müharibədən xilas olmaq üçün qaçdığı ərazidə azı 67 nəfər həyatını itirib.

Sakinlər İsrailin güclü bombardmanları zamanı bir neçə ev və məscidin dağıldığını bildirib.

İsrail ordusu Rəfahdakı "terror hədəflərini" vurduğunu və zərbələrin HƏMAS militantları tərəfindən saxlanılan iki israilli girovu xilasetmə missiyası ilə üst-üstə düşdüyünü bəyan edib.

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatı yüksək qiymətləndirərək, deyib ki, İsrail Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq üçün "heç bir fürsəti əldən verməyəcək".

"Yalnız tam qələbəyə qədər davam edən hərbi təzyiq bütün girovlarımızın azad edilməsini təmin edəcək", Netanyahu bildirib.

Dörd aydan çox davam edən müharibə və İsrailin təkrar təxliyə əmrləri fələstinli mülki vətəndaşları cənuba doğru itələyir. Onlarıın çoxu Rafah bölgəsindəki çadır düşərgələrində və əhalinin həddən artıq çox olduğu BMT sığınacaqlarında yaşayır.

Rəfah Qəzzanın cənub-qərbində, Misir sərhədi boyunca yerləşdiyindən İsrailin əməliyyatların Qəzzanın şimalından cənubdakı bölgələrə keçirməsi fələstinlilərin təhlükəsiz şəkildə hansı istiqamətə gedə biləcəyi ilə bağlı beynəlxalq narahatlıqları artırıb.

"Sərhədsiz Həkimlər" təşkilatının Təcili Tibbi Yardım qrupunun baş direktoru Meyni Nikolai bazar ertəsi İsraili Rəfaha hücumları dayandırmağa və digər ölkələri davamlı atəşkəs əldə etmək üçün "konkret tədbirlər görməyə" çağırıb.

"Qəzza zolağında heç bir yer təhlükəsiz deyil və dəfələrlə qaçmağa məcbur olan və seçimləri olmayan insanlar kiçik bir ərazidə, Rəfahda sıxışdırılmış vəziyyətdə qalıb " - deyə, Nikolai bildirib.

ABŞ prezidenti Co Bayden bazar günü Netanyahu ilə telefonla danışıb və ona ki, İsrail "oraya sığınan bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək və onlara dəstək vermək üçün etibarlı və icra edilə bilən plan" olmadan Rafahda hərbi əməliyyat başlamamalıdır. Bu barədə Ağ Evin bəyanatında bildirilib.

Netanyahu bazar günü İsrailin HƏMAS militantlarına qarşı quruda planlaşdırdığı hücumundan əvvəl on minlərlə fələstinlinin Rəfahdan çıxması üçün "təhlükəsiz keçid" vəd edib.

Lakin köçkün fələstinlilərin hara gedəcəyi bəlli deyil.

Netanyahu bazar günü ABC kanalının "This Week" verilişində yayımlanan müsahibəsində İsrail ordusuna Rəfahda HƏMAS-ın dörd batalyonuna hücum əmri vermək niyyətində olduğunu bir daha bəyan edərək bildirib ki, Misir sərhədi yaxınlığındakı şəhəri militantlardan təmizləmədən Qəzzada qələbəyə nail olmaq mümkün deyil.

Forum

XS
SM
MD
LG