Accessibility links

İsrail qüvvələri Qəzzanın mərkəzi və cənubunda quru və hava əməliyyatları həyata keçirir


İsrail ordusu cümə axşamı Qəzza zolağının mərkəzi və cənub hissələrinə quru əməliyyatları və hava hücumları həyata keçirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əməliyyatlara Xan Yunisdə reydlər həyata keçirilməklə reaktiv yaylım atəşi sistemlərinin məhv edilməsi də daxildir.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, İsrail Qəzzada HƏMAS-a qarşı müharibə apararkən fələstinli mülki əhalinin rifahına “birnömrəli iş” kimi yanaşmalıdır.

"Biz bunun prioritet olduğundan əmin olmaq üçün İsrail hökumətinə ümid edirik. Mülki insanları qorumaq, insanlara lazım olan yardımı təqdim etmək" - deyə, Blinken beynəlxalq həmkarları ilə virtual görüşdən sonra jurnalistlərə bildirib.

"Bu, birnömrəli iş olmalıdır, hətta baxmayaraq ki, onlar ölkəni müdafiə etmək və HƏMAS-ın yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün lazım olanı edirlər" - deyə, o əlavə edib.

ABŞ-ın yüksək səviyyəli diplomatı Qəzzaya yardım üçün yeni dəniz dəhlizini müzakirə etmək üçün Kipr, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının nazirləri ilə videokonfrans vasitəsilə görüşüb.

"Dəhliz yaradıldıqda, bu, hər gün 2 milyona qədər yemək, həmçinin dərman, su və digər mühüm humanitar ləvazimatların paylanmasına imkan verəcək", Blinken məlumat verib.

ABŞ ordusu daha çox yardım maşını üçün keçid təmin etmək üçün Qəzza sahilində müvəqqəti estakada tikmək üçün Aralıq dənizinə gəmi göndərib, lakin limanın tamamlanmasının iki ay çəkə biləcəyini deyir.

Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar Agentliyi İsrail qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfahın şərqində qida paylama mərkəzinə hücumu nəticəsində ən azı 1 əməkdaşının öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG