Accessibility links

HƏMAS müzakirəçiləri Qahirəni tərk edib, danışıqların gələn həftə davam etdiriləcəyini deyib ​


HƏMAS-ın cümə axşamı bildirdiyinə görə, nümayəndə heyəti İsraillə münaqişədə yeni atəşkəsə nail olmaq üzrə danışıqların aparıldığı Qahirəni tərk edib və danışıqlar gələn həftə davam etdiriləcək.

HƏMAS bu bəyanatını ABŞ, Misir və Qətərin döyüşlərin təxminən altı həftə ərzində dayandırılmasını, həmçinin Qəzzada militantlar tərəfindən saxlanılan girovların və İsrail tərəfindən saxlanılan bəzi məhbusların azad edilməsini nəzərdə tutan plan üzərində həftələrlə davam etdirdiyi səylərdən sonra verib.

HƏMAS-ın İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılması tələbini rədd edən İsrail şərh verməyib. İsrailin məlumatına görə, HƏMAS-ın oktyabrın 7-də 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra İsrail HƏMAS-ı məhv etmək məqsədinə sadiqdir.

İsrail ordusu cümə axşamı Qəzza zolağının cənub hissəsində reydlər keçirdiyini və militantların qərargahını məhv etdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, İsrail əsgərləri silah anbarının yerləşdiyi yer də daxil olmaqla, Xan Yunis bölgəsində əməliyyatlar aparıb.

Hərbçilər bildiriblər ki, İsrailin Qəzzanın mərkəzindəki əməliyyatlarına keçən gün ərzində 10-a yaxın militantın öldürülməsini də daxildir.

BMT-nin Fələstin əraziləri üzrə humanitar yardım koordinatorunun çərşənbə günü bildirdiyinə görə, Qəzzanın Misirlə sərhədi boyunca, Rəfah yaxınlığına sığınan fələstinli məcburi köçkünlər İsrailin Baş naziri Binyamin Netanyahunun Ramazan ayında hərbi müdaxilə ilə bağlı xəbərdarlıqlarından qorxduqları üçün ərazini tərk etməyə başlayıb.

Ceymi Makqldrick virtual olaraq jurnalistlərə "Onlardan bəziləri Xan Yunisə, digərləri şimala, Deyr Balaha köçür, bir çoxu sahildəki qum təpələrindəki əraziyə, Əl Mavasiyə gedir" deyib.

Qəzzaya iki günlük səfərdən yenicə qayıdan Makqoldrik həmçinin yardım işçilərinin biri mümkün atəşkəsə nail olunması, digəri isə İsrailin Rəfaha hücumu hallarına uyğun iki fövqəladə yardım planı hazırladıqladını bildirib.

İsrail Rəfaha hücum etməzdən əvvəl fələstinliləri təhlükəsiz yerə köçürəcəyini bildirsə də, onların haraya göndəriləcəklərini açıqlamayıb.

Qəzza daxilində yardımı təhlükəsiz şəkildə yerləşdirə bilməyən Makqoldrik nə yardım işçilərinin, nə də təhlükəsizlik axtaran fələstinlilərin "asan yolları" olmadığını deyib. O, həmçinin bildirib ki, BMT rəsmiləri əvvəllər yalnız İsrail qüvvələrinin istifadəsi üçün ayrılmış yoldan istifadə etməyə başlamaq üçün İsraildən “yaşıl işıq” alıb.

Forum

XS
SM
MD
LG