İsrail qüvvələri çərşənbə günü işğal altında olan İordan çayının qərb sahilində rey zamanı altı nəfəri öldürüb.
Rəsmi fələstinli xəbər agentliyi Wafa bildirib ki, İsrail hava hücumu Tulkarem şəhəri yaxınlığında Nur Şəms qaçqın düşərgəsinə tuş gəlib və bir neçə insan yaralanıb.
İsrail ordusu Nur Şəms düşərgəsində terror əleyhinə əməliyyat keçirdiyini və qüvvələrinin partlayıcılar atan bir qrup insan tərəfindən hücuma məruz qaldığını bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, təyyarə ilə qrupa hücum edilib, əsgərlər isə Nur Şəms, eləcə də Hebronda əməliyyat zamanı 14 nəfəri həbs edib.
İsrail HƏMAS militantlarının oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq Qəzza zolağında əməliyyata başlayandan bəri İordan çayının qərb sahilində zorakılıq artıb.
Fələstinli səhiyyə nazirliyi bu müddətdə İordan çayının qərb sahilində İsrail qüvvələri və yaşayış məntəqəsi sakinləri tərəfindən 300-dən çox insanın öldürüldüyünü bildirir.
Forum