Accessibility links

İki həftə davam edən əməliyyatdan sonra İsrail qüvvələri Qəzzanın şimalındakı xəstəxana ərazisindən geri çəkilib


Əl-Şifa xəstəxanasının ərazisi
Əl-Şifa xəstəxanasının ərazisi

İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, hərbi qüvvələri Qəzzanın şimalındakı Əl-Şifa xəstəxanası ərazisində keçirdiyi əməliyyatı başa vurduqdan sonra oradan geri çəkilib.

İsrail ordusunu HƏMAS komandirlərinin Qəzzanın ən böyük xəstəxanasını terror əməliyyatları üçün istifadə etməkdə ittiham edərək, orada əməliyyata başlamasından iki həftə sonra geri çəkib.

İsrail ordusu həm qurudan döyüşlər, həm də hava hücumları həyata keçirdiyi xəstəxananın ərazisində 200 militantı məhv etdiyini bəyan edib.

İsrail tankları və qoşunları ərazini tərk etdikdən sonra geri qayıran mülki insanlar xəstəxana kompleksinin içərisində və xaricində cəsədlərə rast gəlib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Qəzza əhalisinin yarısının müharibədən qaçaraq sığındığı və beynəlxalq narahatlığa səbəb olan Qəzzanın cənubundakı Rəfah şəhərinə hərbi əməliyyat planını təsdiqlədiyini bildirib.

Netanyahu mətbuat konfransı zamanı deyib ki, İsrail ordusu mülki insanları təxliyə etməyə və humanitar yardım göstərməyə hazırdır. Lakin İsrail Rəfaha hücum planı ilə bağlı əvvəlki açıqlamalarında olduğu kimi fələstinlilərin təhlükəsiz şəkildə haraya gedə biləcəyi barədə heç bir təfərrüat verməyib.

İsrailin HƏMAS terror qruplaşmasını məğlub etmək məqsədi daşıyan hücumu nəticəsində Qəzzanın böyük hissəsi xarabalığa çevrilib. Müharibədən qaçan fələstinlilərin çoxu təhlükəsizlik axtarışında Qəzzanın digər bölgələrindən qaçaraq, Rəfaha sığınıb.

İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatlar, eləcə də digər hökumətlər və Birləşmiş Millətlər Təşkilatı İsrailin planlarını həyata keçirəcəyi təqdirdə Rəfahda humanitar fəlakətlə üzləşiləcəyindən narahat olduqlarını bildirib.

Netanyahu bazar günü bir daha deyib ki, İsrail öz məqsədlərinə çatmaq üçün başqa yol görmür.

Forum

XS
SM
MD
LG