Accessibility links

ABŞ rəsmisi İsrailə məxsus gəmiyə İranın hücum etdiyindən şübhələndiyini bildirir


Amerika müdafiə rəsmisinin şənbə günü verdiyi məlumata görə, İsrail Qəzza zolağına HƏMAS-a qarşı müharibə apardığı bir vaxtda, israilli milyarderin sahib olduğu yük gəmisi Hind okeanında İrana məxsus olduğundan şübhələnilən dron tərəfindən hücuma məruz qalıb.

Cümə günü CMA CGM Symi-yə hücum qlobal gəmiçilik daha geniş regional münaqişəyə çevrilmək təhlükəsi ilə üzləşən həftələdir davam edən müharibənin hədəfinə çevrildiyi bir vaxtda baş verir, baxmayaraq ki, atəşkəs nəticəsində döyüşlər dayandırılıb və HƏMAS İsrailin saxladığı fələstinli məhbusların müqabilində girovları azad edib.

Kəşfiyyat məsələlərini müzakirə etmək üçünThe Associated Press-ə adının anonim qalması şərtilə danışan müdafiə rəsmisi deyib ki, Malta bayrağı altında hərətək edən gəminin beynəlxalq sularda ikən üçbucaq formalı, bomba daşıyan Şahed-136 dronu tərəfindən hədəf alındığı ehtimal edilir.

“Biz vəziyyəti yaxından izləməyə davam edirik,” rəsmi deyib. Rəsmi ABŞ ordusunun hücumun arxasında İranın olduğuna inanmasının səbəbini izah etməkdən imtina edib.

İranın dəstəklədiyi Livanlı militant qrup Hizbullahla siyasi müttəfiq olan pan-ərəb peyk kanalı olan Əl-Mayadin xəbər verir ki, İsrail gəmisi Hind okeanında hədəf alınb. Kanal daha sonra İran mətbuatının da sitat gətirdiyi anonim mənbələrə istinad edib.

Fransanın Marsel şəhərində qərargahlanan əsas yükdaşıyıcı CMA CGM şərh istəyinə dərhal cavab verməyib. Ancaq gəminin ekipajı özünü elə aparırdı ki, sanki gəminin təhlükə ilə üzləşdiyinə inanırdı.

MarineTraffic.com-un AP tərəfindən təhlil etdiyi məlumatlara əsasən, gəmi çərşənbə axşamı Dubayın Jebel Ali limanını tərk edərkən Avtomatik İdentifikasiya Sistemi izləyicisini söndürüb. Gəmilər təhlükəsizlik səbəbi ilə AIS-ni aktiv saxlamalıdırlar, lakin ekipajlar hədəfə alındığını düşünsələr, onları söndürürlər. Onlar eyni şeyi daha öncə Qırmızı dənizdən keçərək İranın dəstəklədiyi Husi üsyançılarının yaşadığı Yəmənin yanından keçərkən də ediblər.

Forum

XS
SM
MD
LG