Accessibility links

Sərhəddə baş verən atışmada 3 İsrail əsgəri və 1 Misir zabiti həlak olub


İsrailin cənubunda sərhəddə baş verən silahlı atışmada üç İsrail əsgəri və bir misirli sərhədçi həlak olub. Bu, İsrail-Misir sərhədində nadir baş verən tələfatlı zorakılıq hadisələrindəndir.

İsrail ordusunun sözçüsü polkovnik-leytenant Riçard Hekt deyib ki, atışma gecə əsgərlər sərhəddən narkotik qaçaqmalçılığı cəhdinin qarşısını aldığı zaman başlayıb.

O deyib ki, bir neça saat sonra mühafizə postunda olan iki əsgər güllələnərək öldürülüb. Onların cəsədləri atışmadan sonra, onların radio ilə rabitəyə cavab verməməsi nəticəsində tapılıb.

Hekt deyib ki, öldürmə hallarının qarşısı alınan narkotik qaçaqçılığı ilə əlaqədar olduğu güman edilir. Ordu bildirib ki, misirli sərhəd mühafizəçisi, habelə üçüncü İsrail əsgəri ikinci atışmada öldürülüb.

Misir ordusu bildirib ki, misirli sərhədçi narkotik tacirlərini təqib edərkən sərhəd təhlükəsizlik səddini keçib və İsrail qüvvələri ilə atışıb. Açıqlamada Misir sərhədçisinin və İsrail əsgərinin öldürüldüyü bildirilib.

Hekt Misir ordusu tam əməkdaşlıq çərçivəsində araşdırmanın aparıldığını bildirib. O deyib ki, qoşunlar başqa mümkün hücumçuları axtarır.

Bu, son on ildə İsrail-Misir sərhədində ilk ölümcül atışmadır.

İsrail ordusu öldürülən əsgərlərdən birinin qadın olduğunu bildirib.

Cinayətkarlar bəzən bu sərhəddən qaçaqmalçılıq yolu ilə narkotik keçirirlər. Misirin Sinay yarımadasının şimalında həmçinin İslamçı silahlı qruplar aktivdir. İsrail və Misir 1979-cu ildə sülh sazişi imzalayıb və sıx təhlükəsizlik əlaqələri saxlayır. Onların ortaq sərhədləri boyunca döyüşlər nadir baş verir.

Atışmanın İsraillə Misir arasında Nitzana sərhəd keçid məntəqəsi yaxınlığında baş verdiyi bildirilir. Həmin sərhəd keçidi İsrailin Misir və Qəzzə zolağı ilə sərhədinin birləşdiyi yerdən təxminən 40 kilometr cənub-şərqdə yerləşir. Oradan Misirdən İsrail və ya Həmasın idarə etdiyi Qəzzə zolağı üçün nəzərdə tutulan malların idxalı üçün istifadə olunur.

İsrail on il əvvəl afrikalı miqrantların və Misirin Sinay səhrasında aktiv olan İslamçı militantların girişinin qarşısını almaq üçün məsaməli sərhəd boyunca hasar çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG