Accessibility links

İsrail: HƏMAS-la atəşkəs razılaşmasına nail olmaq üçün yeni cəhdlər davam edir


İsrail Qəzzada döyüşləri müvəqqəti dayandırmaq və hələ də militantlar tərəfindən saxlanılan 100-ə yaxın girovu azad etmək üçün HƏMAS-la atəşkəs cəhdləri edildiyini bildirib.

İsrailin müdafiə naziri Yoav Qallant cümə axşamı ABŞ-ın Yaxın Şərq üzrə elçisi Brett Makqurka deyib ki, hökumət "girovlarla bağlı danışıqlarda iştirak edənlərə verilən səlahiyyətləri genişləndirəcək".

O, şərhlərini Qallant və baş nazir Benyamin Netanyahu birlikdə İsrailin müharibə kabinetinin üzvü Benni Qantzın çərşənbə günü axşam atəşkəs razılaşmasına nail olmaq üçün yeni cəhdlər edildiyini deməsindən sonra verib. Bu, bir həftə əvvəl İsrail, ABŞ, Misir və Qətər rəsmiləri arasında Qahirədə baş tutan danışıqlardan sonra İsrailin yeni səylərinin ilk göstəricisidir.

Lakin Qallant girovların azad edilməsinin çox vacib olduğunu deyib və HƏMAS onları azad etməyə razılıq verməzsə, İsrailin müsəlmanların martın 10-da başlayan müqəddəs Ramazan ayında Qəzzanın cənubunda, Misirlə sərhəddəki Rəfah şəhərinə qurudan hücuma keçəcəyini bildirib.

Bu arada isə İsrail hərbçiləri cümə axşamı səhər saatlarında Qəzza zolağının cənubuna, fələstinli mülki əhalinin təhlükəsizliyi üçün beynəlxalq narahatlığın mərkəzi olan Rəfah bölgəsinə hava zərbələri endirib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin çərşənbə günü bildirdiyinə görəi, Rəfahda hava hücumlarının artması təxminən 1,5 milyon insanın yaşadığı bölgədə "həddən artıq genişlənmiş humanitar əməliyyatlara daha çox mane olacağına dair qorxuları artırıb".

HƏMAS-ın Qəzzada idarə etdiyi Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, son sutka ərzində Qəzza zolağında İsrail qüvvələri tərəfindən 100-ə yaxın insan öldürülüb və bu, müharibədə ölənlərin ümumi sayını 29 410 nəfərə çatıdırıb.

İsrail ordusu cümə axşamı bildirib ki, onun qüvvələri Qəzza zolağın şimal hissəsindəki Zeytun bölgəsində və qərbdəki Xan Yunisdə hücumlar həyata keçirib.

Çərşənbə günü ilk dəfə Braziliyanın Folha qəzetində dərc olunan rəy yazısında BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits bu həftə Rio-de-Janeyroda toplaşacaq G20 İBöyük İyirmilər) üzvlərini Qəzzada müharibənin sona çatmasına yardım etmək üçün siyasi liderliyindən və nüfuzlarından istifadə etməyə çağırıb.

"Qəzza xalqının başına gələn vəhşiliklər və onların yaşadıqları humanitar faciəni dünya görür. Orada baş verənlər cəsur fələstinli jurnalistlər tərəfindən sənədləşdirilib, onların çoxu bunu edərkən öldürülüb. Heç kim bunları bilmirmiş kimi davrana bilməz" - deyə, Qriffits yazıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Qebreyesus çərşənbə günü Qəzzanın "ölüm zonasına çevrildiyini" deyib.

O, Cenevrədə jurnalistlərə "Ərazinin çox hissəsi dağıdılıb, 29 mindən çox insan ölüb, çox sayda insan itkin düşüb, onların da öldüyü ehtimal edilir və çox sayda insan yaralanıb" deyib.

Forum

XS
SM
MD
LG