Accessibility links

İsrail qüvvələri helikopterin dəstəyi ilə atışma zamanı 3 fələstinlini öldürüb


İsrail komandoları iyunun 19-da işğal altındakı İordan çayının qərb sahilində hərbi maşının bomba ilə vurularaq yararsız hala düşdüyü və hərbi helikopterin nadir halda zərbə endirdiyi qeyri-adi dərəcədə şiddətli qarşıdurmalarda biri yeniyetmə də daxil olmaqla üç fələstinlini öldürüb.

Hərbi qüvvələrin bildirdiyinə görə, Cenin şəhərində əsgərlər hücumlarda şübhəli bilinən fələstinliləri həbs etmək üçün qaynar nöqtəyə basqın etdiyi və silahlıların atəşinə məruz qaldığı bir vaxt baş verən döyüşlərdə yeddi İsrail hərbçisi yaralanıb.

ABŞ-ın dəstəklədliyi sülh səylərinin demək olar ki, on ildir ki, dayandığı bir vaxt Cenin və Qərb Sahilinin şimalındakı digər ərazilər fələstinlilərin şəhərlərindəki küçə iğtişaşları fonunda İsrailin aylarla davam etdirdiyi təmizləmə əməliyyatlarının diqqət mərkəzində olub.

Reuters agentliyinin əldə etdiyi videoda atışma səsləri eşidilən zaman zirehli nəqliyyat vasitəsini əhatə edən partlayışın baş verdiyi göstərilir.Digər görüntülərdə hərbi helikopterin raket atması və atəş açması əks olunub.

Hərbi sözçünün bildirdiyinə görə, yaralılar hərbi maşından çıxarılarkən silahlı şəxsləri geri çəkmək üçün Apaçi helikopteri açıq əraziyə atəş açıb. Helikopterdən çiyindən atılan raketlərə qarşı önləmə tədbiri olaraq atəş açdığı dərhal təsdiqlənməyib.

Fələstinin İslamçı Cihad silahlı qruplaşmasının rəsmisi deyib ki, İsrailin təyyarələrdən istifadə etməsi "döyüşçülərimizi düşməni təəccübləndirəcək vasitələrdən istifadə etməyə sövq edəcək".

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, ölən 3 nəfər arasında 15 yaşlı bir uşaq var. İslamçı Cihad onlardan birinin qrupun üzvü olduğunu iddia edib. Nazirlik daha 45 fələstinlinin yaralandığını bildirib.

Həmas qrupu da döyüşçülərinin toqquşmalarda iştirak etdiyini bildirib. Cenindəki şahidlərin dediyinə görə, bazar ertəsi reyd zamanı ən azı bir fələstinli saxlanılıb.

XS
SM
MD
LG