Accessibility links

İsrail ordusu Qəzzadan girov götürülən şəxsin cəsədini çıxardığını bildirib


Elad Katzir
Elad Katzir

Ordunun şənbə günü verdiyi məlumata görə, İsrail əsgərləri Qəzza zolağının cənubunda Xan Yunisdə saxlanılan girovun cəsədini tapıblar. Bundan üç ay öncə o, İslam Cihadı yaydığı videoda sərbəst buraxılmasına çağırış etmişdi.

Nir Oz kibbutzundan 47 yaşlı Elan Katzir oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi silahlı şəxslərin hücumu zamanı Qəzzaya qaçırılan 260 nəfərdən biri idi.

Ordu bəyanatında kəşfiyyat məlumatlarına istinad edərək, Katzirin İslam Cihadı tərəfindən öldürüldüyünü deyib, amma təfərrüat verməyib. İslam Cihadının müharibə zamanı istifadə etdiyi Telegram kanalında dərhal şərh verilməyib.

Rəsmi məlumatlara görə, Katzirin atası Avraham oktyabrın 7-də İsraildə öldürülən 1200 nəfərdən biridir, anası Hanna isə girov götürülüb, ancaq noybar ayında HƏMAS terror qrupu ilə əldə olunan atəşkəs zamanı sərbəst buraxılıb.

Qətərli və misirli vasitəçilər qalan təminən 130 girovun sərbəst buraxılmasına çalışır, amma hələ ki, onların səyləri nəticə verməyib. HƏMAS hər hansı bir razılığın, Qəzza rəsmilərinin bildirdiyinə görə, 33 mindən çox fələstinlinin ölümü ilə nəticələnən müharibəyə son qoymasını istəyir. Ancaq İsrail HƏMAS məhv olanadək döyüşməyə davam etmək istəyir.

İslam Cihadının yanvarın 8-də yaydığı videoda Katzir: “Mən birdən çox dəfə ölümə yaxınlaşmışam. Mənim hələ də sağ olmağın möcüzədir...Mən ailəmə demək isəyirəm ki, mən onları çox sevirəm, və onlar üçün çox darıxıram.”

Əvvəlki məlumat mənbələrinə əsasən, İsrail Qəzzada saxlanılan ən azı 35 girovun öldüyünü elan edib. Fələstinli qruplar bəzilərinin İsrailin hücumları nəticəsində öldüyünü bildirib. İsrail bunu bir neçə halda təsdiqləsə də, digərlərində cəsədləri çıxarılan girovlarda edam əlamətlərinin olduğunu bildirib.

Forum

XS
SM
MD
LG