Accessibility links

Milli fəal İsrafil Fəthullahzadə Əhər həbsxanasına qaytarılıb


İsrafil Fəthullahzadə
İsrafil Fəthullahzadə

Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində 7 aylıq həbs hökmünü keçirməkdə olan türk fəal İsrafil Fəthullahzadə qısa müddətlik məzuniyyətinin bitməsindən sonra həbsxanaya göndərilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, keçən həftə 100 milyon tümənlik mülki zəmanət qarşığılında məzuniyyətə buraxılan Fəthullahzadə bazar ertəsi günü həbsxanaya qayıdıb.

Milli fəal keçən yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq daha əvvəl məhkum olduğu həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına göndərilib.

İsrafil Fəthullahzadə bir çox digər fəalla birlikdə 2015-ci ilin noyabr ayında İran televiziyasında türklərin aşağılanmasına etiraz olaraq keçirilən “anti-irqçilik” etirazları ilə əlaqədar mühakimə edilmişdi.

Fəthullahzadə daha əvvəl Əhər şəhərində keçirilən Dünya Ana Dili Günü tədbirlərinə qatıldığı üçün də saxlanılmışdı.

2015-ci ilin noyabr ayında İranın dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanması İran Azərbaycanı, Tehran, Qaşqay Eli və Gilan vilayəti kimi bölgələrdə kütləvi etirazlara səbəb olmuşdu.

XS
SM
MD
LG