Accessibility links

İsrail 80 fələstinlini saxlayıb


İsrail ordu rəsmiləri üç yeniyetmənin geri qaytarılması səyləri çərçivəsində İordan Çayının Qərb Sahilində Həmas yaraqlı qrupunun üzvləri də daxil olmaqla 80 fələstinlini saxlayıb.

Rəsmilər deyir ki, israilli yeniyetmələr iki gün öncə eyni ərazidə itkin düşüb və onlardan birinin ABŞ pasportu da var.

Baş nazir Benyamin Netanyahi deyib ki, yeniyetmələrin itkin düşməsinə görə məsuliyyəti Fələstin rəsmiləri daşıyır.

Fələstinlilər deyir ki, yeniyetmələr İsrailin nəzarətində olan ərazidə itkin düşüb. Fələstin rəsmiləri həmçinin bildirir ki, onlar itkin düşənləri axtarışı ilə bağlı İsraillə birgə işləyirlər.
XS
SM
MD
LG