Accessibility links

İsrail qüvvələri tərəfindən bıçaqla bir əsgəri yaralayan iki fələstinli öldürülüb


İsrail qüvvələri tərəfindən bıçaqla bir əsgəri yaralayan iki fələstinli öldürülüb.

Ordunun bildirdiyinə görə, İordan çayının qərb sahilində 17 və 23 yaşlı iki gənc benzindoldurma məntəqəsində İsrail əsgərini bıçaqlayıb. Əsgər ciddi xəsarət almayıb.

Bu gün səhər fələstinli digər bir şəxs daha bir əsgəri Qüdsün avtobus stansiyasında bıçaqla yaralayıb. Hücumçu nəzarət altına alınıb.

Oktyabr ayından baş qaldıran zorakılıqlar səbəbilə 130 fələstinli və 20 israilli həlak olub.

Ölən fələstinlilərin əksəriyyəti İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar zamanı güllələnib.

XS
SM
MD
LG