Accessibility links

Con Kerri İsrail baş naziri ilə görüşüb


Fələstin ilə sülh danışıqlarını bərpası səylərinin tərkib hissəsi kimi Birləşmiş Ştatlar İsraillə israilli casusun azad edilməsi barədə müzakirələr aparır.

Bu gün ABŞ dövlət katibi Con Kerri İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqların ikinci mərhələsi üçün bir araya gəliblər.

Müşahidəçilər deyir ki, Obama administrasiyası bu ilin sonunda casus Conatan Pollardı azad etmək təklifini iləri sürüb. Bunun qarşılığında isə ABŞ İsraildən fələstinli məhkumları azad etməsini və mübahisəli ərazilərdə inşaatı dayandırmasını tələb edib.

Amerikalı yahudi Conatan Pollard ABŞ Dəniz Donanmasında mülki kəşfiyyat analitiki olaraq vəzifə aldığı vaxt minlərlə məxfi sənədləri İsrail orqanlarına ötürmüşdü. 1985-ci ildə Conatan İsrailin Vaşinqtondakı səfirliyinə sığınacaq üçün müraciət etsədə, bu baş tutmamış və o, həbs edilmişdi.

İsrailli casus məxfi sənədləri İsrailə ötürdüyü üçün günahkar hesab edilərək ömürlük həbs cəzasına məhkum edilib.

Son zamanlar İsrailin fələstinli məhkumların son qrupunu azad etməkdən imtina etməsi ilə sülh səylərinə dair gərginliklər artıb. Məhkumların azad edilməsi keçən il iyul ayında başlamış doqquz aylıq danışıqlar prosesinin bir hissəsi hesab edilir.

İsrail rəsmiləri bildirir ki, onlar məhkumları azad etməzdən əvvəl gələn ay sona çatacaq danışıqların uzadılmasını istəyirlər. Fələstinlilər buna etirazını bildirib. Fələstin tərəfi İsrail məhkumları azad etmədiyi təqdirdə, danışıqlardan geri çəkiləcəyini deyib.
XS
SM
MD
LG