Accessibility links

İsraildə 60 yaşdan yuxarı hər kəsə üçüncü doza COVID peyvəndi vurulacaq


İsrail 60 yaşdan yuxarı hər kəsə əlavə olaraq üçüncü dozada COVID peyvəndi vuran ilk ölkə oldu. İsrailin səhiyyə üzrə mütəxəssisləri mövcud peyvəndin təsirinin zamanla azaldığını və üçüncü peyvəndin gücləndirici rolu oynayacağını deyir. Bu addım İsraildə virusun yoluxma nisbətinin artması ilə əlaqədardır.

İsrailin Baş naziri Naftali Bennet peyvəndin son dozasını beş ay əvvəl alan 60 yaşdan yuxarı sakinlərinə üçüncü peyvənd dozası təklif etmək qərarını açıqlayıb.

"Qərar əhəmiyyətli bir araşdırma və təhlilə, eləcə də delta variantı dalğasının yüksəlişinə və riskinə söykənir. İsraildə artıq immun sistemi aşağı olan 2000 insana ciddi mənfi təsirlər olmadan üçüncü dozada peyvənd edilib və indi üçüncü dozanın kampaniyasını həyata keçiririk" - deyə? Bennet bildirib.

İsraildə aparılan bir araşdırmanın nəticələri COVID peyvəndinin delta variantına qarşı 95%-dən 80%-ə qədər effektivliyini göstərib. Nə ABŞ, nə də Avropa İttifaqı hələ üçüncü dozanı tövsiyə edib, lakin İsrailin əksər həkimləri bunun zərər verəcəyinə inanmadıqlarını deyir.

İsrail Prezidenti İsaak Herzoq koronavirus peyvəndinin üçüncü dozasını alır
İsrail Prezidenti İsaak Herzoq koronavirus peyvəndinin üçüncü dozasını alır

İsrailin Səhiyyə Nazirliyindən doktor Əşrəf Şalmon üçüncü peyvəndin belə qoruma təsirinin nə qədər olacağının hələ məlum olmadığını deyib.

"Göründüyü kimi, peyvəndlər üçüncü doza olmadan uzun müddət qoruyucu təsirə sahib olmaq üçün kifayət deyil. İndi üçüncü doza 6 ay və ya 1 il müddətinə təsirli ola bilər,” Dr. Şalmon deyib.

İsrail yaşıl keçid qaydalarını da geri qaytarıb. Yəni sakinlər bir çoxu ictimai yerlərə - konsertlər, restoranlar və idman zallarına daxil olmaları üçün immunizasiya və ya mənfi koronavirus testinin sübutunu göstərməli olacaqlar.

İsrail peyvənd kampaniyasında lider idi və əhalinin 60 faizindən çoxuna peyvəndin azı bir dozası vurulub. İndi israillilər üçüncü dozanın delta variantının qarşısının alınmasını təmin edəcəyinə ümid edir.

XS
SM
MD
LG