Accessibility links

İsrail ABŞ, Kanada və digər 8 ölkəyə səyahət qadağası tətbiq edir


İsrail nazirləri Omikron variantı qlobal olaraq sürətlə yayıldığı üçün ABŞ, Kanada və digər səkkiz ölkəyə səyahətə qadağa qoyulması barədə razılığa gəlib.

Baş nazir Naftali Bennetin ofisi bu qərarı Nazirlər Kabinetində keçirilən səsvermədən sonra, bazar ertəsi açıqlayıb.

ABŞ-ın qırmızı siyahıya salınması ilə bağlı addım İsraildə artan koronavirus infeksiyası fonunda baş verir və yaxın diplomatik əlaqələri olan iki ölkə arasında pandemiya təcrübələrində dəyişikliklər olduğunu göstərir.

ABŞ israillilərin səyahətinə qadağa qoyulan və geri qayıdan səyahətçilərin karantində qalması Avropa və digər ölkələrin olduğu siyahıya daxil olacaq.

Parlament Komitəsində tədbirə yekun təsdiq veriləcəyi gözlənilir. Qərar təsdiq edildikdən sonra səyahət qadağası çərşənbə günü səhər qüvvəyə minəcək.

Son həftələr koronavirusun daha yoluxucu variantı artdığı üçün İsrail noyabrın sonundan etibarən sərhədlərini bağlamağa və səyahətləri məhdudlaşdırmağa başlayıb. Xarici vətəndaşların ölkəyə daxil olmasına icazə verilmir və xaricdən gələn bütün israillilərdən, o cümlədən peyvənd olunmuş insanlardan karantində qalmaları tələb olunur.

Çərşənbə günündən etibarən səyahət qadağası siyahısına Belçika, Almaniya, Macarıstan, İtaliya, Mərakeş, Portuqaliya, İsveçrə və Türkiyə əlavə edilib.

İsrail bu ilin əvvəlində dünyada aparıcı peyvənd kampaniyasını həyata keçirib və ölkənin 9,3 milyon əhalisindən 4,1 milyondan çoxuna Pfizer/BioNTech peyvəndinin üçüncü dozası tətbiq edilib.

Bazar günü Baş nazir Naftali Bennett ölkədə koronavirus infeksiyalarının "beşinci dalğasının" başladığını bildirərək, valideynləri uşaqlarını peyvənd etməyə çağırıb. İsrailin Səhiyyə Nazirliyinin bazar gününə olan məlumatına görə, ölkədə 175 nəfər yeni varianta yoluxub.

Pandemiya başlayandan bəri İsraildə koronavirusdan azı 8232 ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG