Accessibility links

Dünyanın ən böyük duz mağarası


Dünyanın ən böyük duz mağarası
please wait

No media source currently available

0:00 0:02:07 0:00

İsrail tədqiqatçılarının bnildirdiyinə görə, Ölü dəniz sahilində aşkar edilən nəhəng mağara dünyanın ən böyük duz mağarasıdır. İsrailin Ölü dənizin cənub sahilindəki Sodom dağının özü bir möcüzədir. Bu dağın unikallığı ondan ibarətdir ki, palçıq və tozdan başqa bura bütünlüklə duzdan ibarətdir. Səkkiz kilometr uzunluğu, beş kilometr eni olan dağ Ölü dənizin səviyyəsindən 226 metr hündürlükdədir. Lakin Sodom dağının altında nələr olduğu inanılmazdır.

Duzdan olan Məlhəm mağarası suyun duzu və sütunları əritdiyi üçün daim dəyişir. Qüdsün Hebru universitetinin bu yaxınlarda başa çatdırdığı tədqiqatlardan sonra İsrail özünün dünyanın ən böyük duz mağarası ilə öyünə bilər. Hebru universitetindən Boaz Lanqford: "İşi başa çatdırdıqdan sonra bu mağaranın onlarla kilometr uzunluğunda olduğunu, həm də dünyanın ən böyük duz mağarası olduğunu aşkar etdik. Bu, inanılmazdır. Bu, bir neçə kilometrdən onlarla kilometrə qədər dəyişir. Beləliklə, biz dünyada ən böyük duz mağarasının içərisində olduğunu deyə bilərik."

Məlhəm mağarasının elə yerləri var ki, hələ oraları görən olmayıb. Lakin araşdırmalara yardım edən speleoloqlar orada gördüklərindən heyran qaldıqlarını deyirlər. Efrahim Kohen: "İndi biz toy zalındayıq. Biz bu zala ona görə bu adı verdik ki, biz buraya sürünərək girəndə hər tərəfin ağ olduğunu, parıldadığını gördük. Çox gözəldir".

Duz mağarası və duz dağları qeyri-adi gözəllikdə olsalar da, bu gözəllik uzun sürmür, çünki sular onları çox tez və asanlıqla yuyub aparır. Ölü dənizin bu quraqlıq sahilindəki Məlhəm mağarası dünyanın ən gənc duz mağaralarından biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG