Accessibility links

İsrailin təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında qarşıdurmalar davam edir


Mayın 10-da Qüdsdəki Əl-Əqsa məscidi yaxınlığında İsrail təhlükəsizlik qüvvələri ilə fələstinli dindarlar arasında yenidən qarşıdurma olub.

Şahidlər İsrail təhlükəsizlik qüvvələrinin məscidə doğru gözyaşardıcı qaz və səs bombası, ibadət edənlərin isə onlara daş və başqa qurğular atdığını deyib. Azı 50 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılmaqla, onlarla xəsarət alanın olduğu barədə məlumatlar yayılıb.

Şənbədən bazara keçən gecə, müsəlmanların Ramazan ayının ən müqəddəs gecəsi olan “Qədr gecəsi” Qüdsdə polislə qarşıdurmalar zamanı onlarla fələstinli yaralanıb.

Qarşıdurmalar yəhudilərin müqəddəs Məbəd Dağı, müsəlmanların isə İslam dünyasında üçüncü müqəddəs Haram Əl-Şərif adlandırdıqları Köhnə Şəhərdəki Məscidül-Əqsa kompleksinin qarşısında baş verib.

İsrail Baş naziri Benyamin Netanyahu Qüdsün Köhnə Şəhərində fələstinlilərlə İsrail polisi arasında bir neçə gün davam edən toqquşmalardan sonra bazar günü deyib ki, hökumətin heç bir ekstremistin sakitliyi pozmasına icazə verməyəcəyini deyib.

İsrail lideri Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşdüyünü bildirib, qanun və asayişi qətiyyətlə və məsuliyyətlə qoruyacağına söz verib.

O, İsrailin bütün dinlər üçün ibadət azadlığını qoruyub saxlamağa davam edəcəyini, lakin iğtişaşlara yol verməyəcəyini deyib.

Bazar ertəsi qarşıdurmalar İsrailin Qüdsün bütövlüyünə iddiasına işarə edərək, bayraqlar dalğalandıran Qüds Günü paradından bir neçə saat əvvəl başlayıb. Parad 1967-ci il Yaxın Şərq Müharibəsi zamanı İsrailin ilhaq etdiyi Şərqi Qüdsün bir hissəsi olan Köhnə Şəhərdən keçir.

Əl-Əqsa məscidinin yerləşdiyi Ərazi uzun illərdir israillilərlə fələstinlilər arasındakı münaqişədə böyük mübahisə obyekti, habelə 2000-ci ildə fələstinlilərin İkinci İntifadası, yəni üsyanının episentri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG