Accessibility links

BMT-nin baş katibi İsraillə Həması təcili atəşkəsə çağırıb


BMT-nin baş katibi Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölümlər və dağıntılar artdığı üçün İsraillə Həması təcili olaraq atəşkəsə çağırıb.

"Hər şeydən əvvəl biz nə etməliyik - bir də çağırışımı təkrar edirəm - dərhal atəşkəsə nail olmalıyıq" - deyə, Quterreş ərəb və müsəlman ölkələrinin tələbi ilə keçirilən Baş Assambleyanın xüsusi iclasında bildirib.

O, “sərhədlərarası təhlükəsizlik və humanitar böhranın” qarşısını almaq üçün hərbi əməliyyatların təcili dayandırılmalı olduğunu deyib.

"Hətta müharibələrin də qaydaları var. Hər şeydən əvvəl mülki şəxslər qorunmalıdır" Quterreş deyib.

Almaniyanın xarici işlər naziri Heiko Maas İsrail və Fələstin rəsmiləri ilə görüşmək üçün cümə axşamı bölgəyə səfər edib. O, bu səfəri “İsrailin Həmasın raket terrorundan qorunmalı olduğu üçün gecə-gündüz həyatları üçün qorxan hər iki tərəfdəki insanlarla həmrəylik göstərişi” adlandırıb.

"Məsələ beynəlxalq ictimaiyyətin zorakılığıa son qoyulmasına və davamlı atəşkəsə necə nail ola biləcəyi ilə əlaqədardır. Və biz sülh danışıqlarına qayıtmağın yollarından danışmalıyıq" - deyə, Maas Twitter səhifəsində yazıb.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü ABŞ Prezidenti Co Baydenin İsrailin Qəzza zolağına bombardmanını "əhəmiyyətli dərəcədə azaltmaq" çağırışını rədd edib.

Bunun əvəzində Netanyahu deyib ki, əməliyyatıları məqsədə çatana qədər davam etdirməkdə qərarlıdır.

O, Amerika prezidentinin dəstəyini çox təqdir etdiyini, lakin İsrailin “əmin-amanlıq və təhlükəsizliyini İsrail vətəndaşlarına qaytarmaq üçün” irəliləyəcəyini deyib.

BMT zorakılıqlara son qoyulması üçün vasitəçilik səylərində “aktiv iştirak etdiyini” bildirib. BMT eləcə də yanacaqla dolu onlarla maşını bölgəyə göndərdiyini və yardım agentliyinin Qəzzaya bundan başqa heç bir yardım etmədiyini deyib.

Beynəlxalq təşkilat İsrailin hava hücumlarının Qəzzadakı mülki infrastruktura, eləcə də COVID-19 test laboratoriyası və digər sağlamlıq müəssisələrinə vurduğu zərərlərlə əlaqədar narahatlığını ifadə edib.

Yerli səhiyyə rəsmilərinin verdiyi məlumata görə, 65-i uşaq olmaqla Qəzzada 230 nəfər ölüb. İsrail rəsmiləri isə ölənlərin sayının 12 nəfər olduğunu bildirib. 58 mindən çox fələstinli məcburi köçkün Qəzzada məskunlaşıb.

XS
SM
MD
LG