Accessibility links

İsraillə Həmas "qarşılıqlı, qeyd-şərtsiz" atəşkəsə başlayıb


İsraillə Həmas arasında cümə günü yerli vaxtla gecə saat 2-də başlayan atəşkəs Qəzza ilə İsraildə narahat bir sakitlik yaradıb.

ABŞ Prezidenti Co Bayden deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı ona İsrailin Həmas militant qrupu ilə "qarşılıqlı, qeyd-şərtsiz atəşkəsə" razılaşdığını bildirib.

ABŞ Dövlət Katibi Antoni Blinken Twitter səhifəsində yaxın günlərdə bölgəyə səyahət edəcəyini və “İsrail, Fələstin və bölgə liderləri” ilə görüşəcəyini yazıb.

Həmas, dediyinə görə, İsrail Qüdsdə fələstinlilərin haqlarını pozduğu üçün mayın 10-dan bəri İsraili raket atəşinə tutmağa başlayıb.

İsrail isə Həmas liderləri və qrupun infrstrukturunu hədəf alan artilleriya və havadan hücumlarla cavab verib. İsrail mülki vətəndaşların yaşadığı çoxmərtəbəli binaları, qaçqın düşərgələrini və digər obyektləri hədəf aldığına və mülki vətəndaşlar arasında böyük tələfatlara səbəb olduğu üçün beynəlxalq qınaqlarla üzləşib.

"Biz sözün əsl mənasında saatbasaat yüksək səviyyəli, intensiv müzakirələr apardıq" - deyən Bayden razılıq əldə edilməsi üçün ABŞ-ın səylərini "sakit diplomatiya" adlandırıb.

ABŞ prezidenti son 11 gündə administrasiyasının hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün pərdə arxasındakı diplomatik səyləri çərçivəsində Netanyahu ilə altı dəfə danışdığını deyib.

Bayden cümə axşamı Misir Prezidenti Əbdel-Fəttah Əl-Sissi ilə də danışdığını bildirib.

Ağ Evdən dörd dəqiqə davam edən televiziya çıxışı zamanı Bayden "Prezident Əl-Sissiyə və bu diplomatiyada bu qədər kritik rol oynayan Misrin yüksək səviyyəli rəsmilərinə səmimi təşəkkürümü bildirirəm" deyib.

Baydenin sözlərinə görə, müzakirələrə İordan çayının Qərb Sahilini idarə edən Fələstin milli idarəsi və digər Yaxın Şərq ölkələri də cəlb olunub.

"Bu döyüş əməliyyatları uşaqlar da daxil olmaqla, bir çox mülki vətəndaşın faciəvi ölümü ilə nəticələndi. Mən yaxınlarını itirən bütün İsrail və fələstinli ailələrə başsağlığı veririrəm, yaralıların isə tam sağalmasına ümid edirəm" - deyə, Bayden bildirib.

Yerli səhiyyə rəsmilərinin verdiyi məlumata görə, Qəzzada 65-i uşaq olmaqla, 230 nəfər ölüb. İsrail rəsmiləri isə İsraildə ölənlərin sayının 12 nəfər olduğunu bildirib.

BMT-nin bildirdiyinə görə, Qəzzada 72 mindən çox fələstinli didərgin düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG