Accessibility links

İsrailin hava hücumları zamanı Həmasın yüksək səviyyəli komandirləri öldürülüb


İsrailin Qəzza zolağına hava hücumları zamanı Həmas silahlı qruplaşmasının bir neçə komandiri öldürülüb. Hər iki tərəf - həm Həmas, həm də İsrail məlumatı təsdiq edib.

Həmas açıqlamasında Qəzza şəhərində hərbi əməliyyatlara rəhbərlik edən Bassəm İssa və digər yüksək səviyyəli hərbi komandirlərin hücumlar zamanı öldürüldüyünü bildirib.

İsrailin Daxili Təhlükəsizlik Agentliyi də İssa, qrupun baş mühəndisi və kiber müharibə və raketlərin inkişaf etdirilməsi üzrə rəhbəri də daxil olmaqla, Həmasın yüksək səviyyəli komandirlərinin öldürüldüyünü bildirib.

İsrail hökuməti ümumilikdə hücumlar nəticəsində Həmasın hərbi cinahının 16 üzvünün öldürüldüyünü bildirib.

Həmasla İsrailin təhlükəsizlik qüvvələri arasında gedən döyüşlər zamanı Qəzza zolağı və Qüdsdə azı 48 nəfər ölüb.

Çərşənbə axşamı İsrail Qəzzanın polis və təhlükəsizlik qüvvələrini hədəf alan daha bir hava hücumu həyata keçirib. Hava hücumu çoxmərtəbəli yaşayış və ofis binalarına ciddi ziyan vurub. Hücum zamanı binada heç kim olmayıb.

Raket hücumları Həmasın bir neçə ofisinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasını da yerlə yeksan edib. Bina və ətrafdakı sakinlərə bina dağıdılmadan əvvəl evakuasiya barədə xəbərdarlıq edilmişdi.

İsrail hərbi qüvvələrinin verdiyi məlumata görə, hədəf raketlərin atıldığı yerlər, kəşfiyyat ofisləri və Həmas liderlərinin evləri olub.

Çərşənbə axşamı və çərşənbə günü səhər Həmasın raket hücumları zamanı ikisi Aşkelon şəhərində olmaqla, beş israilli ölüb.

Həmas bazar ertəsindən bəri İsrailin Tel-Əviv şəhəri və ətrafına yüzlərlə raket atıb. 130 raket yüksək mərtəbəli binanın dağıdılmasına cavab olaraq atılıb.

Son onilliklər ərzində Qəzzaya rəhbərlik edən Həmas qruplaşması ilə İsrail arasında toqquşmalar bəzən bir neçə gün davam edib. Lakin indi İsrailin Baş Naziri Benyamin Netanyahu döyüşlərin bir müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Fələstinli militant qrupla İsrail qüvvələri arasında başlayan müharibədən bəri ən ağır döyüşlər - raket və hava zərbələrinin mübadiləsi 2014-cü ildən, Qüdsün nəzarəti ilə bağlı narahatlıqların artmasından və yəhudilərin ərəblərin nəzarətində olan torpaqları ələ keçirmək cəhdlərindən sonra başlayıb.

Gərginlik və silahlı toqquşmaların artdığına görə İsrail hərbçiləri Qəzza ilə sərhədə hərbi qüvvələr göndərdiyini və 5000 ehtiyat əsgərini səfərbər etdiyini bildirib.

Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın Həmas və digər terror qruplaşmalarının raket hücumlarını qınadığını və Prezident Co Baydenin İsrailin təhlükəsizliyini, özünü və xalqını qorumaq üçün qanuni haqqını dəstəklədiyini və bundan imtina etməyəcəyini deyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün çərşənbə günü təcili qapalı iclas keçirməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG