Accessibility links

İsrail Qəzzə zolağına hücumları gücləndirib


İsrail fələstinli militantlara qarşı hücumuna quru qoşunlarını da daxil etməklə beş gündür davam edən münaqişənin genişmiqyaslı müharibəyə dönə biləcəyinə dair narahatlıqları artırıb.

Tərəflər cümə günü də qarşılıqlı atəşi davam etdirib. Həmas silahlı qruplaşması İsrail ərazilərinə raketlər, İsrail isə fələstinlilərin nəzarətindəki Qəzzə zolağına artelleriyadan və havadan zərbələr endirib.

İsrail ordusunun sözçüsüsünün dediyinə görə, İsrail hücumlar zamanı 160 döyüş təyyarəsi, üç quru qoşun briqadası və onların tanklarından istifadə edib.

Bundan əvvəl İsrailin Müdafiə Qüvvələri Twitter səhifəsində qoşunlarının "hal-hazırda Qəzzə zolağında hücum etdiyini" yazmışdı. Lakin daha sonra anlaşılmazlığı olduğunu bildirərək, qoşunların artilleriya atəşinin İsrail ərazisindən aparıldığını deyib.

Leytenant Conatan Konrikus deyib ki, İsrailin Qəzzəyə hücumunda əsas hədəf Həmasın illər ərzində qurduğu tünellər sisteminidir.

Qəzzənin İsraillə sərhəd yaxınlığında yaşayan sakinləri Reuters xəbər agentliyinə anklav daxilində İsrailin quru qüvvələrinin olduğuna dair heç bir işarənin olmadığını deyib, lakin ağır artelleriya atəşi və onlarla hava hücumu olduğunu təsdiqləyib.

Münaqişənin beşinci günü BMT-nin Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün bazar günü toplanmağa qərar verdiyini açıqlayıb. Bundan öncə iclas keçirmək cəhdləri Birləşmiş Ştatların narahatlıqları səbəbilə təxirə salınmışdı.

Qəzzənin Səhiyyə Nazirliyi müsəlmanların Ramazan bayramında gedən döyüşlər zamanı azı 27-si uşaq, 11-i qadın olmaqla, 530 nəfərin yaralandığını və azı 103 nəfərin öldüyünü bildirib. Qəzzə zolağından edilən raket hücumlarında isə 6 yaşlı bir uşaq da daxil olmaqla, 7 israilli ölüb.

Fələstinli militant qrupla İsrail qüvvələri arasında 2014-cü ildə Qəzzədə başlayan müharibədən bəri ən ağır döyüşlər zamanı raket və hava zərbələrinin mübadiləsi Qüdsün nəzarəti ilə bağlı narahatlıqların artmasından və yəhudilərin ərəblərin nəzarətində olan torpaqları ələ keçirmək cəhdlərindən sonra başlayıb.

XS
SM
MD
LG