Accessibility links

İsrail İordan çayının qərb sahilində daha 6000 ev inşa edir


İsrailin işğal etdiyi İordan çayının qərb sahilində yəhudilər üçün 6000 yeni ev inşa edəcək. Fələstin liderləri İsrailin bu qərarını "müstəmləkəçi mentaliteti" adlandırıb. Lakin İsrail nadir bir addım olaraq fələstinlilər üçün də həmin ərazidə 700 evin inşa edilməsinə dair sənədi təsdiqləyib.

Vaşinqton prezident Donald Trampın Yaxın Şərq üzrə elçisi və kürəkəni Cared Kuşnerin İsrail-Fələstin sülh planının perspektivlərini araşdırmaq üçün bölgəyə edəcəyi səfəri barədəki xəbəri alqışlayıb. Lakin səfərlə bağlı planın təfərrüatları barədə məlumat verilməyib.

Fələstin rəhbərliyi Tramp administrasiyasının İsrailə qarşı qərəzli olduğunu deyərək, ABŞ-ın diplomatiyasını rədd edib.

Sentyabrın 17-də keçiriləcək seçki ərəfəsində dəstəyini İsrailin ultra-millətçilərinə verən, mühafizəkar baş naziri Benyamin Netanyahu dünya güclərinin bunun qanunsuz olduğunu demələrinə baxmayaraq, İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini - anklavları ilhaq edə biləcəyinə işarə edib.

Yəhudilər üçün yaşayış məntəqələri 1993-cü ildə Osloda müvəqqəti sülh sazirinə əsasən İordan çayının qərb sahilinin İsrailin tam nəzarətində olan C bölgəsində inşa edilir.

Fələstinlilər İsrailin 1967-ci ildə Yaxın Şərqdəki torpaqlarının işğalına son qoymasına çalışır və İordan çayının qərb sahilində, Qəzzada və Şərqi Qüdsdə öz dövlətlərini qurmaq istəyir.

İsrail rəsmiləri çərşənbə günü Netanyahu kabinetinin C ərazisində yəhudilər üçün 6 min, fələstinlilər üçün isə 700 yeni evin inşı ilə bağlı planı təsdiq etdiyinin bildirib.

İsrailə istinadən İordan çayının qərb sahilinin C bölgəsində məskunlaşan 450 minə qədər insanın 250-dən 290 minə qədəri fələstinlidir ki, bu da orada 3 milyona qədər fələstinlinin yaşadığı deməkdir.

.

XS
SM
MD
LG