Accessibility links

Fələstin lideri İsrailin müdafiə naziri Benni Qantzla görüşüb 


Fələstin lideri Mahmud Abbas təhlükəsizlik və mülki məsələləri müzakirə etmək üçün çərşənbə axşamı İsrailə nadir səfəri zamanı ölkənin müdafiə naziri Benni Qantzla görüşüb.

İsrail Müdafiə Nazirliyinin bəyanatında Qantzın Abbasa "son görüşdə razılaşdırıldığı kimi, iqtisadi və mülki sahələrdə etimadı gücləndirməyi təşviq etmək niyyətində olduğunu" dediyi bildirilib.

İsrail mediasının verdiyi məlumata görə, Qantzın İsrailin mərkəzindəki Roş Ha-Ayindəki evində keçirilən görüş zamanı "təhlükəsizlik və mülki məsələlər müzakirə edilib".

Son bir neçə ilk dəfə belə bir səviyyədə rəsmi görüş avqustun sonunda Fələstin Administrasiyasının qərargahında keçirilmişdi.

Lakin bu danışıqlardan sonra İsrailin baş naziri Naftali Bennett “fələstinlilərlə heç bir sülh prosesi yoxdur və olmayacaq” demişdi.

Fələstinin mülki məsələlər naziri Hüseyn Əl-Şeyx çərşənbə günü Twitter səhifəsində "Abbas Benni Qantzla görüşüb və beynəlxalq qətnamələrə uyğun olaraq, siyasi həllə aparan yolun yaradılmasının vacibliyi müzakirə edilib" - deyə, yazıb.

Müxalifətin Likud partiyası son görüşü pisləyərək, "Təhlükəli güzəştlərin İsrailin təhlükəsizliyi üçün yalnız zaman məsələsi olduğunu" deyib.

Partiyanın bəyanatında "İsrail-Fələstin hökuməti fələstinliləri və Abbası yenidən gündəmə gətirdi, bu, İsrail üçün təhlükəlidir" deyilib.

İsrailin işğal etdiyi İordan çayının Qərb Sahilində yerləşən Fələstin Muxtariyyəti ilə İsrail arasında münasibətlər son illər əhəmiyyətli dərəcədə pisləşib.

2009-2021-ci illərdə baş nazir olduğu zaman Likud Partiyasının lideri Benyamin Netanyahu bu məsələni arxa plana çəkib, 2014-cü ildə sülh danışıqları dayandırılıb, işğal altındakı İordan çayının Qərb Sahilində yəhudilərin məskunlaşması genişləndirilib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG