Accessibility links

İsrail yeni yaşayış məntəqələrinin inşası planlarını açıqlayıb


İsrail bazar ertəsi işğal olunmuş Qərb Sahilində 800 yeni evin inşası ilə bağlı planlarını açıqlayıb. Bu, yeni seçilmiş prezident Co Baydenin hakimiyyətə gələcək administrasiyası ilə əlaqələrin gərginləşməsinə səbəb ola bilər.

Baş nazir Benyamin Netanyahunun ofisi planları açıqlayaraq, buraya keçən ay bir fələstinli tərəfindən ehtimal edilən hücum zamanı israilli bir qadının öldürüldüyü qəsəbədə 100 evin inşasının daxil olduğunu bildirib.

Bu açıqlama mart seçkiləri ərəfəsində ciddi kampaniya aparan Netanyahunun sağçı cinahının etimadını gücləndirsə də, yaşayış məntəqələrinin genişləndirilməsinin əleyhinə olan və əvvəllər də məsələ ilə bağlı İsrailin planlarına qarşı çıxan Baydeni qəzəbləndirə bilər.

İsrail 1967-ci il müharibəsində fələstinlilərin gələcək dövlətlərini qurmaq üçün istədikləri ərazilər - İordan çayının Qərb Sahili və Şərqi Qüdsü ələ keçirib. 500 minə yaxın israilli Qərb Sahilində səpələnmiş yaşayış məntəqələrində yaşayır. Fələstinlilər yaşayış məntəqələrini beynəlxalq hüququn pozulması və sülh qarşısında maneə hesab edir. Fələstinlilərin bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi son bəyanatı qınayıb və İsraili prezident Donald Trampın vəzifəsindən getməsindən əvvəl yaşayış məntəqələrinin inşası üçün "vaxtdan istifadə etmək"də günahlandırıb.

Tramp administrasiyası ABŞ-ın yaşayış məntəqələrinə qarşı on illərlə davam edən siyasətindən imtina etmək də daxil olmaqla, İsrailə görünməmiş dəstək verib. ABŞ dövlət katibi Mayk Pompeo keçən il İordan çayının Qərb Sahilində yaşayış məntəqəsini ziyarət edən ilk yüksək səviyyəli ABŞ diplomatı olub.

Bayden fələstinlilərə Tramp tərəfindən kəsilən yardımı bərpa etmək və sülh danışıqlarını canlandırmaq kimi daha qərəzsiz yanaşma göstərməyə söz verib. Tərəflər arasında on ildən çoxdur əsaslı sülh danışıqları aparılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG