İsrail bölgədəki güclü qarşıdurmaların ikinci həftəsi, mayın 17-də səhər Qəzza şəhərinə yenidən havadan zərbələr endirib.
İsrail hərbçiləri hədəflərə Həmasın istifadə etdiyi tunellər və silahlı qrupun Qəzzaya rəhbərlik edən bir neçə komandirinə məxsus evlərin olduğunu bildirib.
İtkilər barədə hələ məlumat verilməyib.
Hücumlar bazar günü İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzzaya ölümcül hava hücumlarına “dərhal” son verməyi planlaşdırmadığı barədə şərhlərindən sonra həyata kerilib.
Netanyahu bunu İsrail ilə Həmas arasında ən ölümcül gün, İsrailin reaktiv qırıcılarının üç binanı dağıdaraq, azı 42 nəfəri öldürdüyü gün deyib.
Bazar günü səhər Həmas Qəzzanın mülki vətəndaşlarının yaşadığı bölgələrdən İsrailin mülki bölgələrini raket atəşinə tutub. Raketlərdən biri yəhudilərin Şavuot mərasimi günü axşam ibadətindən bir neçə saat əvvəl cənub şəhəri Aşkelondakı bir sinaqoqa düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Mayın 10-dan, döyüşlər başladığı gündən bəri Həmas Qəzzadakı mülki bölgələrdən İsrailin mülki bölgələrinə doğru raket atıb. Yəhudilərin Şavuot tətili üçün axşam xidmətlərindən bir neçə saat əvvəl cənub şəhəri Aşkelonda bir sinaqoq vurulub. Xəsarət alanlar barədə məlumat verilməyib.
Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, döyüşlər başladığı gündən bəri 58-i uşaq, 34-ü qadın olmaqla, azı 197 fələstinli öldürülüb. Həmasın raket hücumlarının isə biri 6 yaşlı uşaq olmaqla, azı 10 israillini öldürüb.
ABŞ Dövlət katibi Antoni Blinken İsraillə İordan çayının qərb sahili və Qəzzadakı qarşıdurmanı dayandırmaq yollarını müzakirə etmək üçün bazar günü Misir, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və Fransadakı həmkarlarına zəng edib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş mayın 16-da İsrail və fələstinlilər arasında “dərhal atəşkəs” elan edilməsinə çağırıb.
“Döyüşmələr dayandırılmalıdır. Dərhal dayandırılmalıdır ”- deyə, Quterreş Təhlükəsizlik Şurasının onlayn keçirilən təcili iclasında bildirib.
“Bir tərəfdə raket və minaatan, digər tərəfdə hava və artilleriya bombardmanları dayandırılmalıdır. Bütün tərəflərdən bu çağırışa rəayət etməyi xahiş edirəm” - deyə, o əlavə edib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun mövcud eskalasiyaya son qoyulması üçün diplomatik yollardan istifadə etdiyini deyib.
O, Prezident Co Baydenin şənbə günü həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla danışdığını bildirib.