Accessibility links

Fələstinlilərin Qüdsdəki televiziya müxbirlərinin həbsi etirazlara səbəb olub


İsrail polisinin cümə günü Fələstin muxtariyyətinin Qüdsdəki rəsmi televiziya stansiyasının 4 müxbirini həbs etməsi müqəddəs şəhərdə fəaliyyətlərinin məhdudlaşdırıldığını deyən fələstinlilərin etirazına səbəb olub.

Vəfa xəbər xidmətinin rəhbərliyi Fələstin televiziyasının Qüdsün Köhnə Şəhəri yaxınlığında tok-şou çəkərkən İsrail polisi müxbirləri həbs edib, avadanıqlarını da apardıqlarını bildirib.

Fələstin TV-nin baş meneceri Məhəmməd Barquti gündəlik “Sabahın xeyir, Qüds” proqramının müxbirlərinin Qüdsdəki polis bölməsində 4 saat saxlandıqdan sonra sərbəst buraxıldıqlarını deyib.

İsrail polis isözçüsünün dediyinə görə, müxbirlər qanunsuz fəaliyyətlərlə əlaqələrinə görə saxlanılıb.

İsrail şəhər üzərindəki suverenliyə hədə olduğunu və müvəqqəti sülh müqaviləsini pozduğunu deyərək, qərbin dəstəklədiyi Fələstin muxtariyyətinin Qüdsdəki hər hansı bir rəsmi fəaliyyətinə qadağa qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG