Accessibility links

İsrail Qəzzanı raket atəşinə tutub


Tel-Əviv şəhərinə iki raket hücumundan bir neçə saat sonra İsrail ordusu “terror hədəfləri”nə qarşı olduğunu deyərək, cümə axşamı gecə Qəzzanı raket atəşinə tutub.

İsrail ordusu detallar barədə açıqlama verməsə də, Fələstin mediası raketlərin Qəzzanın cənub bölgəsndəki Xan Yunus limanını hədəf aldığını bildirib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib.

İsrail ordusu Qəzzadan Tel-Əvivə atılan raketlərin qarşısının İsrailin raketlərə qarşı “Dəmir kümbəz” adlanan müdafiə sistemi vasitəsilə alındığını bildirib.

Son bir neçə həftədir İsraillə Qəzzadakı fələstinlilər arasında gərginlik xeyli artıb.

XS
SM
MD
LG