İsrail Yəhudi teologiya Seminariyasına hücuma cavab olaraq, qırıcı təyyarələrlə Həmasın Qəzzadakı bazalarını hədəf alıb.
Heç bir tərəf itki barədə məlumat verməyib.
İsrail terrorçuların istifadə etdiyi tunel də daxil olmaqla, Həmasın Qəzzadakı bir neçə mövqeyini hədəf aldığını bildirib.
Cümə axşamı gecə saatlarında İsrailə atılan iki raketdən biri Sderot şəhərindəki evə dəyib.
Şəhərin meri Həmasın onlara qalıb gələ bilməyəcəyini deyib. “Əvvəla mən Həmasa demək istəyirəm ki, siz qalib gəlməyəcəksiniz, bunu unudun. Biz burada qalacağıq və şəhərimizi inkişaf etdirəcəyik. Mən baş nazirə müraciət edirəm, siz bir neçə il etdiyiniz kimi Qəzzada əməliytatlar aparmalısınız” - deyə, şəhərin meri Alon Davidi bildirib.
Həmasın raket hücumları İsrailin fələstinli balıqçılara Aralıq dənizi sularına çıxışları kəsməsinə cavab mahiyyəti daşıya bilər.