VAŞİNQTON, ABŞ - Yaxın Şərqdə "yeni sübhün" açılacağna ümidini ifadə edən ABŞ Prezidenti Donald Tramp çərşənbə axşmaı İsrail Baş Naziri Benyamin Netanyahu ilə birlikdə region üçün sülh planını açıqlayıb.
"Mənim baxışım hər iki tərəf üçün uduşdur - realistik iki-dövlət planı ki, bu, Fələstin dövlətinin İsrail təhlükəsizliyinə hədəsini aradan qaldırır," Tramp Ağ Evin Şərq Otağında bəyan edib.
Mərasimdə Fələstin tərfədən heç kəs iştirak etməyib. Fələstinlilər təklifin hazırlanmasında iştirak etmədiklərini əsas gətirərək, 80 səhifəlik plana baxmazdan öncə artıq onu rədd ediblər.
ABŞ prezidenti Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donald Tramp əlavə edib ki, fələstinlilər sülh prosesi çərçivəsində özünü idarə edəcək addımlar atmalıdır.
Bunun müqabilində İsrail Fələstin ərazilərində yaşayış məntəqələrinin inşasını dondurmalıdır. Rəsmilərin bildirdiyinə görə, bu müddət ərzində Fələstin dövlətçiliyinin təsisi müzakirə edilməlidir.
İsrail-Fələstin sülh müzakirələri 2014-cü ildən dalana dirənib. Lakin Trampın təklifinin müzakirələrin bərpasına yol açacağı bəlli deyil.
"Qüds satış üşün deyil. Bizi haqlarımız satış üçün deyil... Sizin bu anlaşmanız, bu qəsd keçməyəcək," deyə Fələstinlilərin prezidenti Mahmud Abbas plana reaksiya verib.
ABŞ rəsmiləri fələstinlilərin müzakirələr təklifinə skeptik yanaşdığını, lakin zaman keçdikdcə onların müzakirələrə başlayacağına ümid etdiklərini bildirib.
Tramp bu cür ilkin rədd cavablarına müvəqqəti maneə kimi baxır. Abbasa göndərdiyi məktubda ABŞ prezidenti yazıb ki, əgər o, "sülh yolunu seçsə, onda Amerika və bir çox başqa ölkələr fələstinlilərə yardımçı olacaq."
”80 səhifəni əhatə edən planın 50 səhifəsi siyasi plan və iyul ayında elan edilən 30 səhifəsi isə fələstinlilər, İordaniya və Misir üçün $50 milyard dollarlıq iqtisadi canlanma planını əhatə edir.