Accessibility links

BMT-nin baş katibi İsraildə səfərdədir


BMT-nin baş katibi Ban Ki Mun İsrailə səfəri zamanı baş nazir Benyamin Neyanyahunu iki dövlətin mövcuduğu planına dair danışıqlarda cəsarətli addımlar atmağa çağırıb.

BMT lideri deyib ki, münaqişənin həlli fələstinlilər və yəhudilərin müqəddəs torpaqlarla tarixi və dini bağlantıları olduğu fikrinin qəbul edilməsi əsasında mümkün ola bilər.

Cənab Ban həmçinin Qəzzada BMT-nin nəzarətində olan məktəbi ziyarət edib. O, Ramallahda fələstinlilərin lideri Mahmud Abbasla görüşüb.

BMT lideri bildirib ki, fələstinlilər blokadalar, iqtisadi çətinliklər, yoxlama məntəqələri və dağıntılarla dolu həyat yaşasa da, bunların heç biri terror hadisəsi törətməyə haqq qazandırmır.

Ban Ki Munun BMT-nin baş katibi kimi vəzifə müddəti bu il dekabrın 31-i başa çatır.

XS
SM
MD
LG