Accessibility links

İsrail Fələstin məhbuslarının ilk qrupunu avqustun 13-ü azad edəcək



Fələstinlilərin müzakirəçisi Saeb Erakatın İsrailin uzun müddətdir həbsdə saxlanılan fələstinli məhbusların ilk qrupunun gələn həftə azad edəcəyini bildirib.

Fələstin məhbuslarının azad edilməsi üç ildən sonra ilk dəfə olaraq israillilər və fələstinlilər arasında sülh danışıqlarının bərpa edilməsi üçün irəli sürülmüş şərtlərdən biridir.

Saeb Erekatın açıqladığı bəyanatda 26 fələstinli məhbusun avqustun 13-də azad ediləcəyi deyilir.

İsrailin müzakirəçisi, İsrailin Ədliyyə naziri Tzipi Livni bildirib ki, məhbuslar fələstinlilərin müzakirələrdə ciddi tərəfdaş olduğunu sübut etdikdən sonra azad ediləcək.

Tərəflər arasında müzakirələr keçən həftə Vaşinqtonda başlamış və gələn həftə Yaxın Şərqdə davam etdiriləcək.
XS
SM
MD
LG