Accessibility links

İsrail Həmasa qarşı hücumları intensivləşdirir


İsrailin Baş naziri Benyamin Netanyahu Həmas yaraqlılarının atəşkəsə dair təklifi rədd etməsi və İsrail ərazisinə raket atmağa davam etməsindən sonra hərbi qüvvələrin Qəzzada hücumları intensivləşdirəcəyini deyib.

Cənab Netanyahu münaqişəni diplomatik yolla həll etməyə üstünlük verdiyini, lakin Həmasın fəaliyyətlərinin əməliyyatları genişləndirmək və hərbi kampaniyanı intensivləşdirməkdən başqa seçim qoymadığını deyib.

Ağ Evin sözçüsü Coş Ernest ABŞ-ın günahsız mülki vətəndaşların yaralanması və ölümünə görə narahatlıq keçirdiyini və regionda zorakılıq ə münaqişəyə görə daha çox mülki vətəndaşın həyatını itirdiyinə inandığını deyib. O, Həması və başqa qrupların raket atmasına son qoyulmalı olduğunu vurğulayıb.

XS
SM
MD
LG