Accessibility links

İordan çayının qərb sahilinə hücum zamanı azı dörd fələstinli öldürülüb


Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin bazar günü işğal altında olan İordan çayının qərb sahilinə hücum zamanı azı dörd fələstinlini öldürdüyünü bildirib.

İsrailin Baş naziri Naftali Bennet verdiyi açıqlamada İsrail qüvvələrinin "qaçılmaz terror hücumları həyata keçirmək üzrə olan Həmas terrorçularına" qarşı əməliyyat keçirdiklərini bildirsə də, itkilərdən bəhs etməyib.

İsrail ordusunun sözçüsü hücumla bağlı hələ şərh verməyib.

İsrail rəsmiləri uzun müddətdir ki, Qəzza zolağını idarə edən Həmasın İordan çayının qərb sahilində güc qazanmaq və rəqibi Qərbin dəstəklədiyi Fələstin muxtariyyərinə meydan oxumaq niyyətində olduğuna dair narahatlıqlarını dilə gətirir.

Fələstin müxtariyyətinin Səhiyyə Nazirliyi Qüdsün qərb sahilindəki Biddu kəndində üç fələstinlinin öldürüldüyünü bildirib. Daha bir fələstinlinin Fələstinin Cenin şəhəri yaxınlığındakı Burqin kəndində öldürüldüyü bildirilib.

İsrailin əsas radio stansiyaları və xəbər saytlarında yayımlanan xəbərlərdə Həmas üzvlərini ələ keçirmək məqsədi ilə İordan çayının qərb sahilində bir neçə yerə edilən basqınlar nəticəsində ən az dörd yaraqlının öldürüldüyü bildirilib.

XS
SM
MD
LG