Accessibility links

İsraillə Fələstin arasında döyüşlər davam edir


Bu gün İsraillə Qəzza arsında atəş mübadiləsi davam etdirilib.

İsrail ordusu 90-dan artıq mövqeni hədəf aldığını bildirir. Hücumlar zamanı Həmasın hərbi komandiri Məhəmməd Deif yaralanıb. Onun 27 yaşlı həyat yoldaşı və 7 aylıq oğlu həlak olub.

Dəfn mərasiminə qatılan minlərlə fələstinli hücumların qısasına çağırıb.

İsrailin daxili işlər naziri Qideon Saar Deifi “köhnə qatil” adlandıraraq, öldürülməyənədək onun hədəf alınmasına son qoyulmayacağını deyib.

İsrail Həmasın atəşkəsin pozulmasından sonra ərazilərinə 130-dan artıq raket atdığını bildirib.

Onların 94-ü İsrailin cənub və mərkəz bölgələrinə düşüb. 24-ü isə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Hücumlar zamanı tələfat qeydə alınmayıb.

Qahirədə döyüşlərin birdəfəlik dayandırılması istiqamətində sülh danışıqlarının getdiyi vaxt tərəflər arasında 10 günlük atəşkəs elan edilmişdi. Fələstinlilərin blokadasının qaldırılması və israillilərin Həmasın tərkisilah edilməsi tələbləri ilə bağlı razılıq əldə edilmədiyi üçün danışıqlar nəticəsiz qalıb.

İyul ayından başlayan döyüşlər 2000-dən çox fələstinli, 64 İsrail əsgəri və sakinlərinin ölümünə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG