Accessibility links

Yaxın Şərq görüşləri davam etdirilir [Fotoqalereya]

İsrail Qəzza Zolağını bombalayır - 22 iyul, 2014

1/8 İsrail Qəzza Zolağını bombalayır - 22 iyul, 2014

Fələstinlilər İsrailin hava hücumlarından sonra Əl-Şalam qülləsinin yaxınlığında - Qəzza, 22 iyul, 2014

2/8 Fələstinlilər İsrailin hava hücumlarından sonra Əl-Şalam qülləsinin yaxınlığında - Qəzza, 22 iyul, 2014

İsrailin Qəzza Zolağına etdiyi hücumlar zamanı Kelani ailəsinin 7 üzvü ölüb - Qəzza, Beyt-Lahiyə, 22 iyul, 2014

3/8 İsrailin Qəzza Zolağına etdiyi hücumlar zamanı Kelani ailəsinin 7 üzvü ölüb - Qəzza, Beyt-Lahiyə, 22 iyul, 2014

Qəzza şəhərinin sakinləri evlərini tərk edir - 22 iyul, 2014

4/8 Qəzza şəhərinin sakinləri evlərini tərk edir - 22 iyul, 2014

Fələstin yaraqlılarının atdığı raket İsrailin Yəhud şəhərinə düşüb - 22 iyul, 2014

5/8 Fələstin yaraqlılarının atdığı raket İsrailin Yəhud şəhərinə düşüb - 22 iyul, 2014

İsrail Qəzza Zolağına hava hücumlarını davam etdirir - 22 iyul, 2014

6/8 İsrail Qəzza Zolağına hava hücumlarını davam etdirir - 22 iyul, 2014

Minlərlə israilli fələstinli yaraqlılarla döyüşlər zamanı həlak olan çavuş Nissam Şon Karmelin dəfn mərasimində - Hayfa, 21 iyul, 2014

7/8 Minlərlə israilli fələstinli yaraqlılarla döyüşlər zamanı həlak olan çavuş Nissam Şon Karmelin dəfn mərasimində - Hayfa, 21 iyul, 2014

İsrail hücumları zamanı dağılan Əl-Əqsa Şəhidlər Məscidi - Qəzza, 22 iyul, 2014

8/8 İsrail hücumları zamanı dağılan Əl-Əqsa Şəhidlər Məscidi - Qəzza, 22 iyul, 2014

Previous slide
Next slide

BMT-nin baş katibi Ban Gi Mun və ABŞ dövlət katibi Con Kerri Həmasla İsrail arasında döyüşlərə son qoyulması məqsədi ilə Yaxın Şərq görüşlərini davam etdirir.

Con Kerri bu gün Fələstinin kəşfiyyat idarəsinin rəhbəri Məcid Fərəclə müzakirələrdən əvvəl Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.Onlar atəşkəs əldə ediləcəyi ümidi ilə İsrail-Fələstin sülh prosesinin davam etdirləcəyini bilirib.

BMT-nin baş katibi isə öz növbəsində dərhal zorakılıqlara son qoyulmasına çağırıb. Ban Gi Mun İsrailin baş naziri Benyamin Netanyahu, daha sonra isə Fələstin rəsmiləri ilə görüşlər keçirməlidir.

Tərəflər arasında isə iki həftədir davam edən döyüşlər səngimək bilmir.

İsrailin Qəzzada bir sıra bölgələri havadan hədəf alması nəticəsində 10 nəfər həlak olub. Qəzzadan da İsrail ərazilərinə raket axını davam etdirilir.

İsrail dünənki hücum zamanı öldürülən əsgərlərdən altısının kimliyinin müəyyən edildiyini və digərinin isə hələ aşkar edilmədiyini bildirib.

Həmasın sözçüsü bazar günü bir İsrail əsgərinin ələ keçirildiyini iddia etsə də, İsrailin BMT-dəki səfiri bunun yalan olduğunu deyib.

İsrail daha iki əsgərinin öldürüldüyünü təsdiq edərək, ölənlərin sayının 29-a çatdığını bəyan edib. Fələstin tərəfi isə əksəriyyəti mülki əhali olmaqla, 570 nəfərin həlak olduğunu xəbər verir.

XS
SM
MD
LG