Accessibility links

İsrail hava yollarını bağlamaq qərarına gəlib


İsrail olduqca yoluxucu koronavirus variantlarının ölkəyə gəlməsinə yol verməmək üçün beynəlxalq hava limanını həftənin sonuna qədər bağlamağı planlaşdırdığını bildirib.

“Virusun mutasiyalarının ölkəyə daxil olmasının qarşısını almaq və peyvənd kampaniyamıza sürətlə davam etmək üçün nadir istisnalar xaricində hava yollarını hermetik şəkildə bağlamalıyıq” - deyə, baş nazir Binyamin Netanyahu bazar günü bildirib.

Yeni tədbir çərşənbə axşamı başlamalı və ayın sonuna, parlamentin təsdiqinə qədər davam etməlidir.

Bu arada Ağ Ev Cənubi Afrikada meydana gələn koronavirusun yeni variantı ilə əlaqədar narahatlıqlarını ifadə edərək, bu ölkədən gələn amerikalı olmayan vətəndaşların girişlərini məhdudlaşdıracağını bildirib.

ABŞ Səhiyə Nazirliyi koronavirusun bir neçə yeni variantının dünya boyu yayıldığına görə onların izlənməsi səylərini artırıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri, doktor Roşel Valenski planın virusun mutasiyaya davam etdiyinə görə bu variantların peyvəndlərə və eyni zamanda terapiaya təsirini izləmək olduğunu deyib.

"İndi bunları izləməni və araşdırmanı genişləndiririk" - deyə, Valenskı bazar günü Fox New-a verdiyi müsahibəsi zamanı bildirib.

Valenski Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin koronavirus mutasiyalarının izlənilməsi sahəsində Milli Səhiyyə İnstitutu, Ərzaq və Dərman İdarəsi ilə yanaşı, Pentaqonla da əməkdaşlıq etdiyini deyib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünya boyu COVID-19-a yoluxanların sayı 100 milyona çatıb, bu virusdan ölənlərin sayı 2 milyondan çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG