Accessibility links

İsrail Hizbullaha məxsus olduğu iddia olunan tunelləri dağıdır


İsrail Hizbullahın Livanla sərhəd boyu inşa etdiyi 'terror tunelləri' adlandırdığı yerləri dağıdır.

İsrail ordusunun sözçüsü sərhədin Livan hissəsində olan insanları tunellərin çıxışlarından kənar durmaları barədə xəbərdarlıq edib.

​İsrail BMT-nin sülhməramlılarından Livan tərəfdəki tunelləri dağıtmağı xahiş edib.

Təhlükəsizlik Şurasının 2006-cı il İsrail-Hizbullah müharibəsinə son qoyan qətnaməsi Livanı Hizbullah və digər militant qrupları İsrail sərhədindən kənar durmağa çağırır.

XS
SM
MD
LG