Accessibility links

"İsrail İranın nüvə silahı istehsal etməsinə yol verməyəcək"


İsrail rəsmiləri bazar ertəsi İrana nüvə silahı istehsal etməyə yol verməyəcəklərini bəyan edib. İsrail bu xəbərdarlığı İran alimlərinin uranı 20 faiz zənginləşdirməyə başladığı barədə verdiyi açıqlamasından sonra edib. Bu xəbərdarlıq ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin vəzifəyə başlamasından iki həftə əvvəl iki ölkə arasındakı gərginliyi daha da artırır.

İranın dövlət xəbər agentliyi bir hökumət sözçüsünə istinadən bildirib ki, İran prezidenti Həsən Ruhani yeraltı Fordo zavodunda uranı 20 faiz təmizləyərək, zənginləşdirilməsinin bərpa edilməsinə göstəriş verib.

Bu, uran səviyyəsinin silah səviyyəsinə çatdırmaq üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir. 2015-ci il nüvə razılaşmasında İran uranı dörd faizdən artıq zənginləşdirməmək barədəki razılığı qəbul etmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın verdiyi qərarın onun inkar etməsinə baxmayaraq, nüvə silahı istaehsal etmək istədiyini və İsrailin buna imkan verməyəcəyini deyib.

İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Giora Eyland bu addımın İranın nüvə gücünə çevrilməsində əhəmiyyətli bir addım olduğunu deyib.

“Bildiyimiz qədər bu gün, 2021-ci ilin əvvəlində o, nüvə bombasına sahib deyil, baxmayaraq ki, bunu əldə etmək üçün bütün imkanlara və potensiala malikdir. Əgər onu əldə etməyə çalışsalar, altı ay və ya bir ildən az müddətə əldə edə bilərlər” - deyə, Giora Eyland bildirib.

Lakin Eyland İranın bunu elan etməsinə səbəbin daha çox yeni prezident Bayden administrasiyasına Tramp administrasiyasının geri çəkildiyi İranın nüvə razılaşmasına qayıtması üçün təzyiq göstərməyin bir yolu olduğunu düşündüyünü deyib.

İran uran zənginləşdirəcəyinə dair elanını ABŞ-ın İran İnqilab Keşikçiləri komandiri Qasım Süleymanini hədəf alaraq öldürməsindən və İranın intiqam alacağını vəd etməsindən bir il sonra edib.

Bu, həm də İranın İsrail tərəfindən edildiyini israr etdiyi yüksək səviyyəli nüvə alimi Möhsin Fəxrizadənin Tehranda qətlə yetirilməsindən yalnız iki ay sonraya təsadüf edir.

İranın uranı yüksək səviyyədə zənginləşdirməsi 90% tələb edən nüvə silahı istehsalına başlasyacağı qorxusunu artırır. İran illərdir belə bir planının olmadığını və nüvə proqramının yalnız dinc məqsəd daşıdığını deyir.

Şərhlərə bax

XS
SM
MD
LG