Accessibility links

Benyamin Netanyahu: "İsrail ona hücum edənə ağır zərbə ilə cavab verəcək"


İsrailin baş naziri Benyamin Netanyahu İranın Birləşmiş Ştatların İraqdakı hərbi bazasına raket zərbələrindən sonra çərşənbə günü İsrailə hücum edilsə, ağır zərbə ilə cavab veriləcəyini deyib.

Netanyahu Birləşmiş Ştatlar prezidenti Donald Trampı keçən həftə İranın hərbi komandiri Qasım Süleymanini öldürülməsi əməliyyatına görə bir daha tərifləyərək, bunu cəsarətli bir addım adlandırıb.​

İsrail lideri Süleymaninin on illərdir bölgdə sabitliyi pozmağa çalışdığını və bundan "daha ağır planları" olduğunu deyib.

Tehranın generalın Bağdadda öldürülməsinə görə qisas aldığını deyərək, keçən gecə həyata keçirdiyi raket hücumlarına birbaşa toxunmayan Netanyahu Qüdsdə etdiyi çıxışında İsrailin Birləşmiş Ştatların yanında olduğunu deyib.

İranı İsraili "boğmaq və məhv etmək" kampaniyası aparmaqda ittiham edən Netanyahu “kim bizə hücum etməyə cəhd göstərsə, güclü zərbə ilə qarşılaşacaq” deyə, bildirib.

XS
SM
MD
LG