Accessibility links

İsrail siyasətçiləri çərşənbə gününün sonuna qədər koalisiya hökuməti qurmalıdır


`Yeş Atid` partiyasının rəhbəri Yair Lapid

Uzun müddətdir ölkənin Baş naziri olan Benyamin Netanyahunu devirməyə çalışan İsrailin bir sıra ideologiyalarını təmsil edən siyasi partiyaları çərşənbə gününün sonuna qədər koalisiya hökuməti qurmaq üçün bir razılaşmaya gəlməlidirlər.

Səylərə "Yeş Atid" partiyasının başçısı Yair Lapid rəhbərlik edir. Netanyahunun koalisiya hökuməti qura bilməməsindən sonra Prezident Reuven Rivlin may ayının əvvəlində Lapidə 120 yerlik Knessetdə partiyaları bir araya gətirərək, koalisiya qurmaq imkanı verib.

Bazar günü qatı millətçi "Yamina" partiyasına rəhbərlik edən Naftali Bennett koalisiyaya qatılacağını deməklə Lapidə dəstək olub. Razılıq olsa, ilk iki il baş nazir vəzifəsini Bennet icra edəcək, daha sonra isə vəzifənin başına Lapid keçəcək.

İsrail iki ildir siyasi bir qarışıqlıq içərisindədir və bu müddət ərzində ölkədə dörd dəfə seçki keçirilib.

2019-cu ildə keçirilən iki seçkidən sonra Netanyahu koalisiya hökuməti qura bilməyib, lakin müvəqqəti baş nazir olaraq qalıb. Bir il əvvəl o, rəqibi Benni Qantzla koalisiya hökuməti qursa da, dekabr ayında parlament büdcəni təsdiq edə bilmədiyi üçün həmin hökumət dağılıb.

Əgər Lapid çərşənbə gününün sonuna qədər koalisiya hökuməti qura bilməsə, parlament hökuməti qurmaq üçün bir namizəd seçə bilər. Bu da uğursuz olarsa, İsrail daha bir seçkiyə gedəcək.

2009-cu ildən bəri baş nazir olan 71 yaşlı Netanyahu 1990-cı illərdə də üç il baş nazir vəzifəsini icra edib. Netanyahu korrupsiya ittihamları ilə mühakimə olunur. O hər hansı pozuntuya yol verdiyini rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG