Accessibility links

İsraildə Netanyahu 12 ildə ilk dəfə hakimiyyətdən uzaqlaşdı


Likud lideri Benyamin Netanyahunun 12 ildən çox rəhbərlik etdiyi hökumətdən və dörd nəticəsiz seçkidən sonra İsraildə yeni hökumət qurulub. Bu dəfə hökümət soldan sağa səkkiz partiyalı koalisiyadan ibarətdir.

Bu qərar parlamentdə 60 lehinə, 59 əleyhinə səslə təsdiqlənib. Yeni sağçı baş nazir Yamina partiyasından Naftali Bennett iki il, ardından isə mərkəzçi Yair Lapid bu vəzifəni icra edəcək.

Bazar günü Benyamin Netanyahunun rəsmi olaraq istefası Tel-Əviv küçələrində köpük və konfetti ilə qeyd olunub. Buradakıların çoxu Netanyahuya qarşı aylardır nümayişlər keçirib və onun məğlubiyyətini qələbə kimi qəbul ediblər.

Bundan öncə İsrail parlamentində yeni Baş nazir Bennett dəfələrlə tənqidlərə məruz qalmışdı və bir neçə radikal mövqedə olan Knesset üzvü palatadan çıxarılmışdı.

Bennettin 49 yaşı var, onun valideynləri amerikalıdır və dini qaydalara əməl edən ilk İsrail baş naziridir. İlk nitqi zamanı o, səbrlə susaraq səs-küyün bitməsini gözləyib.

O, ona səs verməyənlər də daxil olmaqla, bütün israillilərin baş naziri olacağını deyib və İsrailin ərəb vətəndaşları ilə yeni bir səhifə açacağına söz verib.

Bennettin səkkiz partiyadan ibarət olan koalisiyasına yəhudi dövləti tarixində ilk dəfə bir ərəb partiyası Raam da daxildir. Ərəb vətəndaşlar İsrail əhalisinin 20%-ni təşkil edir və daimi ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG