Accessibility links

İsrail son günlərdə koronavirusa 2000-dən çox yoluxma və 5 ölüm halının olduğunu bildirib


İsrail ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün yeni və daha sərt məhdudiyyətlərə başlayıb. Bu addımlar İsrailin spikerin istefasından sonra parlamentin başçısız qaldığı vaxt atılır.

İsrail son günlərdə 2 mindən çox koronavirusa yoluxma və 5 ölüm halının olduğunu bildirib. Virusdan ölən ilk şəxs Ramallahdan olan 60 yaşlı fələstinli qadın olub.

Virusun yayıldığını nəzərə alan İsrail hökuməti çərşənbə günündən başlayaraq, yeddi günlük hərəkət məhdudiyyəti qoyub. Həkim və ərzaq mağazaları istisna olmaqla, sakinlərə yalnız evlərindən 100 metr məsafədə gəzintiyə icazə verilir. Qaydanı pozanlar bir neçə yüz dollar cərimə olunacaq.

Supermarketlər hazırda açıqdır, lakin sakinlər dükanların qeyri-müəyyən vaxta qədər bağlanacağından ehtiyat edərək, daha çox ərzaq alır. Bəzi müəssisələrin bir çoxunun bağlandığına baxmayaraq, çoxu hələ açıqdır. Yoluxmanın qarşısının alınması üçün sinaqoqlar da bağlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG