Accessibility links

İsrailin virusa nəzarət aləti demokratik normalara zidd hesab edilir


Pandemiyanın ilk günlərində təşvişə düşən İsrail koronavirusun yayılmasını dayandırmaq ümidi ilə mülki əhaliyə kütləvi nəzarət tətbiq etməyə, insanların mobil telefonlarını izləməyə başlayıb.

Hökumət fələstinli militantları ələ keçirmək üçün istifadə etdiyi bu texnologiyanı virusa qarşı bir irəliləyiş kimi qiymətləndirir. Lakin aylardan sonra bu texnologiyanın effektivliyi şübhə altına alınıb və tənqidçilər ondan istifadənin ölkənin demokratik prinsipləri bahasına başa gəldiyini deyib.

"Hökumətin öz vətəndaşlarını yaxından izləməsi fikri həyəcan siqnalı verməlidir. Bu, demokratiyanın əsaslarına ziddir. Böhran zamanı demokratiyadan imtina etmək olmaz'' - deyə, məhkəmədə bu vasitədən istifadəyə dəfələrlə etiraz edən İsrailin Mülki Hüquqlar Dərnəyinin sözçüsü Maya Frid bildirib.

Bu texnologiya haqqında az şey məlumdur. Gündəlik 'Yediot Ahronot''qəzeti daxili təhlükəsizlik Şin Bet xidməti bu vasitədən iyirmi ildir istifadə etdiyini və İsraildə tele-kom xidmətlərindən istifadə edənlər barədə məlumatlar topladığını yazıb. Toplanan məlumatlara mobil cihazın olduğu, veb baxış tarixçəsi, qəbul edilən və edilməyən zənglər və mətnlər daxildir, lakin onların məzmunu deyil. Bunun agentliyin militantları izləməsinə və hücumların qarşısını almasına yardım etdiyi deyilsə də, bütün məlumatlarla nə baş verdiyi barədə məlumat verilmir.

İsrail ilk dəfə Şin Bet-i virusa qarşı mübarizəyə mart ayında cəlb edib. Bununla koronavirusa yoluxmuş insanlar izlənir, onların kimlərlə təmasda olduğu, yoluxma riskini müəyyənləşdirilir və həmin şəxslərin karantinə alınmasına qərar verilirdi.

Rəsmilər bu texnologiyanın epidemiyanın izlənilməsi üçün çox vacib bir vasitə olduğunu və fərdi hüquqların qorunması ilə xalq sağlamlığı arasında bir tarazlıq yaratdığını israr edir.

XS
SM
MD
LG