Accessibility links

Məhkəmə: İsrailin istehsal etdiyi malların üzərində onların istehsal yeri göstərilməlidir


Avropa İttifaqı məhkəməsinin hökmünə görə, İsrailin işğal etdiyi ərazilərdə istehsal etdiyi mallar Avropa İttifaqı ölkələrinə satılarkən üzərində onların istehsal yeri göstərilməlidir.

Avropanın Lüksemburqda yerləşən məhkəməsi bildirib ki, bu kimi malların üzərinə "İsraildə istehsal edilib" sözləri deyil, "İsrail dövlətinin işğal altında hesab edilən ərazilərdə istehsal etdiyi" yazılmalıdır.

Hökmdə deyilir ki, aydın etiketlər alıcıların seçiminə təsir göstərə bilər. Çünki bəziləri bunun etik baxımdan doğru olmadığını düşünür.

Avropa İttifaqı İsrailin ərazi işğalını tənqid edərək, bunu beynəlxalq qanunlara zidd adlandırır.

İsrail isə məhkəmənin hökmünü rədd edərək, qərarın Avropa İttifaqının ikili standartlarını əks etdiyini bildirib.

İsrail İordan çayının qərb sahili və Qüdsün şərqini 1967-ci il müharibəsi zamanı zəbt edib.

Beynəlxalq ictimaiyyət İsrailin fələstinlilərin ərzilərini işğalını davamlı şəkildə tənqid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG