Accessibility links

İsraildə 2700 il əvvələ aid gil möhür aşkar edilib


İsraildə arxeoloqlar Qüdsün qədim şəhərindəki qərb divarı yaxınlığında 2700 il əvvələ aid Tövratda qeyd edilən qubernatora məxsus gil möhür aşkar edib.

Möhürün üzərində qədim ivrit dilində onun qubernatora aid olduğu sözləri yazılıb.

İsrailin qədim əşyalar üzrə səlahiyyətli nümayəndələri hesab edir ki, möhür qubernator adından suvenir kimi göndərilib.

Kiçik ölçülü möhür üzərində güzgü əksi kimi iki zolaqlı geyimdə kişinin diz çökdüyü təsvir edilir.

“Bu, 2700 il əvvəl Qüds şəhəri qubernatoru haqda Tövratda yazılanları təsdiq etmiş olur ” - deyə, İsrailin qədim əşyalar üzrə səlahiyyətli nümayəndələrinin bəyanatında deyilir.

Kral tərəfindən təyin edilən qubernatorun adı müqəddəs kitabda iki dəfə çəkılir.

XS
SM
MD
LG