Accessibility links

Benyamin Netanyahu çərşənbə axşamının sonuna qədər yeni hökumət qurmalıdır


Israeli Prime Minister Benjamin Netanyahu delivers a statement at the Israeli Knesset, or Parliament, in Jerusalem, Dec. 22, 2020.
Israeli Prime Minister Benjamin Netanyahu delivers a statement at the Israeli Knesset, or Parliament, in Jerusalem, Dec. 22, 2020.

İsrailin Baş naziri Benyamin Netanyahunun yeni hökuməti formalaşdırması üçün çərşənbə axşamının sonuna qədər vaxtı var.

Korrupsiya ittihamı ilə üzləşən baş nazirə İsraildə iki ildən az bir müddətdə dördüncü dəfə keçirilən 23 mart seçkilərindən sonra 120 yerlik parlamentdə çoxluq koalisiyası toplanması üçün 28 gün vaxt verilib.

O vaxtdan bəri kiçik ərəb islamçı partiyanın liderinə presedenti olmayan təklliflər və bir çox rəqibləri ilə görüşlərə baxmayaraq, parlamentdə çoxluğu təmin etməyə çalışır.

Prezident Ruven Rivlin Netanyahu çərşənbə axşamı gecə yarısına qədər yeni koalisiya qura bilmədiyi təqdirdə bu vəzifəni parlamentin başqa bir üzvünə həvalə edə bilər.

Rivlinin bu imkanı əldə etsə, onun martın 23-ü səsverməsində Netanyahunun sağçı Likud Partiyasından sonra ikinci yeri tutan mərkəzçi Yeş Atid Partiyasının rəhbəri Yair Lapidiyə secəyi gözlənilir.

Yəhudilərin sağçı, dini, eləcə də ənənəvi solçu və mərkəzçi partiyaları İsrailin ərəb azlığının təqribən 20 faizini təmsil edən partiyaları cəlb etməyə çalışaraq, onlara on illər ərzində ilk dəfə olaraq kabinetə potensial təsir göstərmək imkanı verir.

Yeni hökumətin qurulmaması Netanyahunun dərhal vəzifəsindən kənarlaşdırılması demək deyil. Rivlin ona koalisiya hökuməti qurması üçün iki həftə əlavə vaxt verə bilər. Rivlin eləcə də bu vəzifəni Netanyahunun bir rəqibinə həvalə edə və ya məsələni birbaşa Parlamentə göndərə bilər.

2009-cu ildən bəri baş nazir olan 71 yaşlı Netanyahu 1990-cı illərdə eyni ofisə üç il rəhbərlik etdikdən sonra 2009-cu ildən bəri baş nazir vəzifəsində çalışıb. O, nəticəsiz seçkilər səbəbi ilə iki ildir siyasi baxımdan yaranmış çıxılmaz vəziyyətin davam etdiyi dövrdə vəzifəsində qalmaq üçün mübarizə aparır.

Netanyahu korrupsiya ittihamları ilə mühakimə olunur və hər hansı pozuntuya yol verdiyini rədd edir.

XS
SM
MD
LG